Icma.az
close
up
RU
“Zenit” lider oldu, Uqalde derbidə şou göstərdi

“Zenit” lider oldu, Uqalde derbidə şou göstərdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Tur “Rubin”in “Akron”u darmadağın etməsi ilə start götürdü. Debütant “Akron” bu mövsüm artıq 5-ci dəfə böyük hesabla uduzdu. Tolyatti təmsilçisindən başqa bu mövsüm iki dəfədən çox darmadağın olan klub yoxdu.

“Zenit” autsayder “Orenburq”la səfər oyununda çox ciddi müqavimətlə üzləşdi. Hətta meydan sahibləri 38-ci dəqiqədə azlıqda qalandan sonra da son çempion uzun müddət qol vura bilmədi. Sankt-Peterburq nəhəngi əsas vaxtda bacarmadığını son anlarda bacardı. Əvvəlcə Qondunun vurduğu qol bir neçə dəqiqəlik VAR araşdırmasından sonra ofsayd üzündən qeydə alınmadı. Amma oyun bərpa olunan kimi Yeroxin bu dəfə qaydalar çərçivəsində başla fərqlənərək komandasına qələbə qazandırdı. 35 yaşlı Yeroxin ”Zenit”in heyətində sonradan meydana çıxdığı oyunlarda vurduğu qolların sayını 11-ə çatdırdı. Bu, XXI əsrdə klubun yeni rekordudu. ÇSKA “Rostov”la ev oyununda erkən qol vursa da, sonda heç 1 xal da qazana bilmədi. “Rostov” bununla da “hərbçilər”ə qarşı 9 oyunluq qələbəsiz seriyaya son qoydu. Meydan sahiblərinin ikinci hissədə qapıya bir dəfə də zərbə vurmaması diqqəti çəkdi. Bu, müvafiq statistikanın aparıldığı 2009-dan bəri ÇSKA üçün ilk belə haldı!
“Krasnodar” bu aralar yenə xalları sağa-sola paylamaqla məşğuldu. Ötən tur “Rubin”lə səfər oyununda heç-heçə ilə kifayətlənən Murad Musayevin komandası bu dəfə iddiasız “Ximki” ilə oyunda qələbəni son anlarda əldən verdi. Budəfəki xal itkisi “Krasnodar”a zirvəni əldən vermək bahasına başa gəldi. Komanda üçün yeganə təsəlli məğlubiyyətsiz seriyanın davam etməsi oldu. “Krasnodar” Rusiya çempionatında ilk 16 turu məğlubiyytsiz başa vuran 3-cü komandadı. Daha öncə bunu 2005-də “Lokomotiv” (ilk məğlubiyyət 20-ci turda qeydə alınmışdı) və 2010-da “Zenit” (24) bacarmışdı. Turun ən məhsuldar və dramatik oyunu isə derbiyə təsadüf etdi. “Spartak”ın gözlənilmədən “Lokomotiv”i darmadağın etdiyi oyun Uqaldenin benefisinə çevrildi. O, XXI əsrdə Rusiya çempionatında “Spartak”ın heyətində poker edən ilk futbolçu oldu! Daha öncə bunu yalnız Valeri Masalitin (1994), Andrey Tixonov (1994) və Aleksandr Şirko (1998) bacarmışdı. Çempionat çərçivəsində ilk dəfə “Loko”ya 5 qol vuran “Spartak” turnir cədvəlində bu komanda ilə xal fərqini 3-ə endirdi.
16-cı tur
Orenburq – Zenit 0:1
Yeroxin, 90+6.
Zenit: Adamov, Yerakoviç (Mantuan, 41), Nino, Alip, Santos, Barrios, Klaudinyo, Qluşenkov (Yeroxin, 79), Pedro (Artur, 79), Mostovoy (Qondu, 60), Sobolev (Kassyerra, 46).
Ximki – Krasnodar 2:2
Rudenko, 80. Vera, 90+4-p. – Batçi, 46. Qazinski, 86.
Krasnodar: Aqkatsev, Petrov (Qonsales, 80), Tormena, Kosta, Olasa, Pina, Krivtsov (Kastanyo, 64), Batçi (Smolov, 80), Spertsyan (Qazinski, 80), Sa (Olusequn, 79), Kordoba.
Spartak – Lokomotiv 5:2
[/b]Uqalde, 10; 21; 34; 73. Barko, 80 – Pinyaev, 55. Nyamsi, 63.
Spartak: Maksimenko, Denisov, Duarte, Babiç, Ryabçuk, Umyarov, Martins (Prutsev, 70), Barko (Zorin, 90+1), Bonqonda (Medina, 71), Markinyos, Uqalde (Nikolson, 90).
Lokomotiv: Lantratov, Nenaxov (Pinyaev, 46), Nyamsi, Montes, Silyanov, Karpukas (Süleymanov, 46), Barinov, Samoşnikov, Tiknizyan (Saltıkov, 60), Batrakov (Sevikyan, 79), Vorobyov (Sarveli, 46).
[b]ÇSKA – Rostov 1:2
Kellven, 4 – Qolenkov, 77; 89.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Lukin, Moyzes, Kruqovoy (Quarirapa, 86), Zdelar, Bistroviç, Oblyakov, Fayzullayev, Musayev (Jemaletdinov, 86).
Fakel – Dinamo M 1:1
Qiorqobiani, 90+9 – Fomin, 26.
Rubin – Akron 3:0
Daku, 10; 20. Fameye, 88-p.
Krılya Sovetov – Axmat 2:1
Oroz, 49. Dmitriev, 89 – Samorodov, 43.
Nijni Novqorod – Dinamo Mh 0:0

1. Zenit 16 12 3 1 34-7 39
2. Krasnodar 16 11 5 0 34-9 38
3. Lokomotiv 16 11 1 4 32-23 34
4. Spartak 16 9 4 3 30-14 31
5. Dinamo M 16 9 4 3 32-18 31
6. ÇSKA 16 8 3 5 25-12 27
7. Rubin 16 6 4 6 20-22 22
8. Rostov 16 5 5 6 22-27 20
9. Nijni Novqorod 16 4 4 8 15-27 16
10. Akron 16 4 4 8 19-33 16
11. Dinamo Mh 16 3 7 6 9-14 16
12. Krılya Sovetov 16 4 3 9 15-24 15
13. Ximki 16 2 7 7 18-30 13
14. Fakel 16 2 7 7 11-24 13
15. Axmat 16 1 6 9 14-31 9
16. Orenburq 16 1 5 10 16-31 8
Bombardirlər: Uqalde (Spartak) – 12, Batrakov (Lokomotiv) – 10, Kordoba (Krasnodar), Daku (Rubin) – 8.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Rəqibin azlıqda qalmasına baxmayaraq, oyun bizim üçün çox çətin alındı. “Orenburq” yaxşi müdafiə olunurdu, bizə boş zonalar vermirdi. Ona görə də qol vəziyyətlərimiz, demək olar, yaranmırdı. Təəssüf ki, standart zərbələrdən də heç nəyə nail ola bilmirdik. Digər tərəfdən, “Orenburq” həm də əks-hücumlara yaxşı çıxdığından müdafiədə də diqqətli olmaq məcburiyyətindəydik. Bütün bunları nəzərə alanda belə rəqibi yenmək bizim üçün önəmlıidi. Son anlar çox emosional alındı. Vurduğumuz ilk qola ürəkdən sevinsək də, qeydə alınmadı. Amma enerjimizi itirmədik və irəli atılaraq növbəti hücumda yenə qol vurduq. Göründüyü kimi, zirvə uğrunda gərgin mübarizə gedir. Hər xalın dəyəri var. Ona görə də mümkün qədər az xal itirməyə çalışırıq”.


Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:

“Son dəqiqələri daha diqqətli keçirməliydik. Çox sadə qollar buraxdıq. Elə penalti epizodunda da diqqətsizliyə yol verdik. Amma ümumilikdə komandamdan razıyam. Hər kəs var gücünü qoydu və meydana yaxşı motivasiya ilə çıxmışdıq. Son 5 turdan 4-nü səfərdə keçirmişik. Emosiyalara qapılıb aqressiv açıqlama vermək istəmirəm. Bir qədər sakitləşəndən sonra oyunu təhlil edib növbəti matçlara hazırlaşacağıq. Hava şərtləri ağır idi. Fikrimcə, biz qələbəyə daha çox layiq idik. Amma sonda xırda detallar nəticəyə təsir etdi. Çalışmalıyıq ki, oyunların son anlarını daha yaxşı keçirək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri