Icma.az
close
up
RU
“Zenit” liderə futbol dərsi keçdi

“Zenit” liderə futbol dərsi keçdi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Tur böyük bir sensasiya ilə start götürdü.

Mahaçqala “Dinamo”su son turlarda bir qədər fəallaşsa da, komandanın sentyabrdan bəri səfərdə qələbəsi yox idi. Ona görə də bu kollektivin çempionluq uğrunda mübarizə aparan güclü rəqibi səfərdə yenəcəyini az adam proqnozlaşdırardı.
İki erkən qol buraxan “Spartak” qalan vaxtın böyük hissəsini az qala rəqibin cərimə meydançasında keçirdi. Komanda 3,14 xG (qol gözləntisi) yaxalamasına baxmayaraq, fərqi minimuma endirməkdən başqa bir şey edə bilmədi. Son anlarda “Spartak” hətta penaltini boşa verməyə də macal tapdı. 87-ci dəqiqədə qazanılan penalti zamanı nədənsə topun başına ştatlı penalti vuran Barko yox, cəmi 10 dəqiqə əvvəl meydana çıxan Medina keçdi. Paraqvaylının qüvvətli zərbəsindən sonra top tirdən döndü. Bu nəticə ilə “Spartak”ın çempionluq ambisiyalarına çox ciddi zərbə dəydi.
ÇSKA yüksəlişini davam etdirərək autsayder “Orenburq”u da məğlub etdi və faktiki çempionluq mübarizəsinə qoşuldu. “Hərbçilər” bu təqvim ilində 18 mümkün xaldan 16-nı toplayıblar! Moskva “Dinamo”su isə əksinə, enişdədi. Bu tur yenə qələbəyə həsrət qalan “dinamoçular” son 18 xalın cəmi 8-ni toplayıb. “Lokomotiv”i bir qolla məğlub edən “Rubin” evdə ardıcıl 4-cü qələbəsini qazandı.
“Akron”a minimal hesabla uduzan “Fakel” ardıcıl 8-ci turda meydanı qolsuz tərk etdisə, “Krılya Sovetov”un qələbəsinə 1 qolla töhfə verən İvan Sergeyev adını klub tarixinə yazdırdı. O, 58-ci qolunu vuraraq müstəqillik dönəmində samaralıların ən yaxşı bombardiri oldu. Bu tur daha çox “Zenit” üçün düşərli oldu. Böyük səbirsizliklə gözlənilən qarşılaşmada lider “Krasnodar” Sankt-Peterburqda hesabı açsa da, qalan vaxtda pərən-pərən düşdü.
“Öküzlər” tarixində ilk dəfə hesabı açdıqları çempionat oyununda darmadağın oldular! Ümumiyyətlə, “Krasnodar” “Zenit”, Murad Musayev isə Sergey Semak üçün uğurlu rəqibdi. Piterlilər bu rəqiblə son 15 rəsmi matçın yalnız birində uduzublar (10 qələbə, 4 heç-heçə). Semak isə Musayevə rəqib olduğu 9 rəsmi oyunun 7-dən qələbə ilə ayrılıb (1 heç-heçə, 1 məğlubiyyət). Beləliklə, bu il 100 illik yubileyini qeyd edən “Zenit” sona 6 tur qalmış liderlə xal fərqini 2-yə endirdi.
24-cü tur
Zenit – Krasnodar 4:1

Mostovoy, 29. Qondu, 38. Qluşenkov, 80. Luis Enrike, 90 – Krivtsov, 16.
Zenit: Latışonok, Mantuan (Axmetov, 89), Yerakoviç, Nino, Santos, Barrios, Vendel (Zdelar, 89), Luis Enrike, Qluşenkov (Sobolev, 84), Mostovoy (Drkuşiç, 79), Qondu (Kassyerra, 84).
Krasnodar: Aqkatsev, Qonsales (Petrov, 60), Kayo, Kosta, Olasa, Krivtsov (Kozlov, 78), Çernikov (Pina, 60), Batçi (Kobnan, 60), Spertsyan, Olusequn (Smolov, 74), Kordoba.
Spartak – Dinamo Mh 1:2
Bonqonda, 68 – Denisov, 10-öz qapısına. Mreziq, 16.
Spartak: Maksimenko, Denisov (Zobnin, 46), Litvinov, Babiç, Ryabçuk (Solari, 37), Umyarov, Martins, Barko, Bonqonda (Medina, 77), Markinyos, Uqalde (Qarsiya, 33).
Orenburq – ÇSKA 0:2
Oblyakov, 55. Koyta, 90+4.
ÇSKA: Torop, Kellven (Qayiç, 46), Lukin, Roşa, Kruqovoy, Pyaniç (Jemaletdinov, 74), Oblyakov, Kislyak, Bistroviç (Fayzullayev, 68), Qlebov (Koyta, 77), Alerrandro (Musayev, 46).
Rubin – Lokomotiv 1:0
Şabanhacay, 50.
Lokomotiv: Mitryuşkin, Samoşnikov, Nenaxov (Sevikyan, 73), Fasson, Montes, Silyanov (Tiknizyan, 84), Barinov, Qodyaev (Karpukas, 46), Batrakov, Vorobyov (Rakov, 73), Pinyaev (Süleymanov, 84).
Nijni Novqorod – Dinamo M 1:1
Troşeçkin, 59 – Qladışev, 71.
Axmat – Rostov 2:1
Qandri, 51. Samorodov, 67 – Komliçenko, 75.
Akron – Fakel 1:0
Dzyuba, 72-p.
Ximki – Krılya Sovetov 1:3
Zabolotnı, 14 – Peçenin, 54. Sergeyev, 75. Dmitriyev, 90+4.
1. Krasnodar 24 15 7 2 46-17 52
2. Zenit 24 15 5 4 49-16 50
3. Spartak 24 14 5 5 45-19 47
4. ÇSKA 24 14 5 5 38-16 47
5. Dinamo M 24 12 7 5 50-28 43
6. Lokomotiv 24 12 5 7 39-36 41
7. Rubin 24 10 6 8 31-34 36
8. Rostov 24 9 6 9 36-38 33
9. Akron 24 8 4 12 29-42 28
10. Dinamo Mh 24 6 9 9 22-26 27
11. Krılya Sovetov 24 7 5 12 29-39 26
12. Ximki 24 5 8 11 28-44 23
13. Axmat 24 4 11 9 22-36 23
14. Nijni Novqorod 24 5 5 14 19-44 20
15. Fakel 24 2 9 13 11-35 15
16. Orenburq 24 3 5 16 21-45 14
Bombardirlər: Uqalde (Spartak) – 16, Batrakov (Lokomotiv) – 12, Daku (Rubin) – 11, Barko (Spartak) – 10.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Rəqibin hesabı açması oyunun axarına uyğun deyildi. Çünki matçın əvvəllərində böyük üstünlüyə malik idik. Amma futbolda belə şeylər olur. Oyun planımıza sadiq qaldıq və üstünlüyü əldən vermədik. Fiziki cəhətdən yaxşı təsir bağışladıq. Əlimizə düşən fürsətlərdən maksimum yararlandıq. Çox vacib qələbə qazandıq. Amma eyforiyaya qapılmırıq. Çünki “Krasnodar” hələ də liderdi. Deməli, çempionluq mübarizəsində favorit onlardı. Həm də çempionluğa oynayan başqa klublar da var. Böyükhesablı qələbəyə görə rəhbərlik tərəfindən hər futbolçuya 250 min avro mükafat vəd edilməsi haqda yayılan xəbərlər mənim də qulağıma çatıb. Belə şeyləri eşidəndə və ya oxuyanda gülümsəməmək mümkün deyil. Bu matçda pul futbolçuları maraqlandıran ən son amil idi. Onlar hamısı nə qazanırlarsa, öz əməyi sayəsində qazanır. Başqasının pulunu saymaq düzgün deyil”.


Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:

“Oyuna uğurlu başlasaq da, davamını gətirə bilmədik. Çünki çox tez qapımıza doğru çəkilməyə başladıq. Meydanın mərkəzində oyunumuzda aqressivlik çatışmırdı. İlk qolu məhz bu üzdən buraxdıq. Həm zərbəyə imkan verdik, həm də qayıdan topa birinci çata bilmədik. Hesabda geri düşəndən sonra işimiz bir qədər də çətinləşdi. Fasilədən sonra oyunun axarını öz xeyrimizə dəyişməyə çalışsaq da, alınmadı. Son 10-15 dəqiqədə isə artıq futbol oynamadıq. Halbuki belə matçlarda sona qədər mübarizə aparmaq lazımdı. Çünki bu oyunda hətta məğlub olduqda da hesab önəmli idi. Bizim səviyyəmizdə komanda 4-cü qoldakı kimi toplar buraxmamalıdı. “Zenit” bu gün layiqli qələbə qazansa da, çempionluq mübarizəsində hər şey irəlidədi. Səhvlərimizi təhlil edib növbəti oyunlara hazırlaşacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri