Icma.az
close
up
RU
“Zenit”in yetirməsi Ayxan Abbasovdan dəvət gözləyir: “Arşavin mənə dəstək olurdu”

“Zenit”in yetirməsi Ayxan Abbasovdan dəvət gözləyir: “Arşavin mənə dəstək olurdu”

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan I Liqa klubu “Mingəçevir”də çıxış edən Nahid Əliyev İdmanxeber.ax saytına müsahibə verib. Rusiyanın “Zenit” klubunun yetirməsi olan 20 yaşlı oyunçu cari mövsüm komandasının çıxışından və digər məsələlərdən danışıb. 

– “Mingəçevir” liqada qalmağı bacardı. Mövsümü necə şərh edirsən?

Məşqçilər heyətinin işi göründü. Füzuli Məmmədov və köməkçiləri gələndən sonra komandada inkişaf oldu. Heyətə yeni futbolçular gəldi, hədəfimizi bəlirlədik və liqada qaldıq. Təbii ki, yeni və komandadakı köhnə oyunçuların da böyük əməyi oldu burada. Ancaq baş məşqçinin bu nəticədə xüsusi payı var. Füzuli müəllim gəlməsəydi, heç nə olmazdı.

– Növbəti mövsüm komanda Premyer Liqa hədəfi ilə mübarizə aparacaq. Bu barədə nə deyə bilərsən?

Açığı, növbəti mövsüm barədə nəsə demək olmur. Çünki kimin qalıb-qalmayacağı dəqiq deyil. Heç özümün də klubdakı aqibəti bilinmir. Bu, rəhbərliyin biləcəyi məsələdir. Mənim müqaviləm bitir. Azad agent olacam. Yeni mövsümdə harda olacağımı bilmirəm. Açıq deyim ki, Füzuli müəllimin yanında mən çox artırdım. Mənə inanıb, güvənib. Bunun da nəticəsini ikimiz də görümüşük. Son sözü yəqin ki, məşqçilər deyəcək. “Mingəçevir”də qalmağa qarşı deyiləm.

– Rusiyanın “Zenit” klubunun yetirməsisən. Bu komandanın 18 yaşlılarından ibarət kollektivində də çıxış etmisən. İki ölkə futbolu arasında hansı fərqlər var?

Rusiyada uşaq futbolu çox güclüdür. Orada infrastruktur, şərait Azərbaycandan daha yaxşıdır. Rusiyada oynamaq üçün imkanlar genişdir. Burada Premyer Liqa və I Liqa var. Digər çempionatların səviyyəsi yüksək deyil. Azərbaycanda Rusiya ilə müqayisə edəcək qədər çempionat yoxdur. Amma onu deyim ki, Premyer Liqamızın səviyyəsi Rusiyanın əsas çempionatına yaxınlaşıb. Buna səbəb oradakı müharibə oldu. Çünki səviyyəli legionerlər getdilər. Heç kim qalmadı. 

– “Zenit”in əsas komandası üçün şans yaranmadı sənə?

Xeyr, belə bir imkan olmadı. Həm də mən Azərbaycan millisini seçdim və yayda “Turan Tovuz”a gəldim. “Zenit”in əsas komandasına keçmək çox çətindir. Çünki futbolçular çoxdur, rəqabət güclüdür. Uzağı əvəzediciyə qədər gələrdim. Amma mən oradan Azərbaycan millisinə dəvət alanda çox sevinirdilər. Klubun idman direktoru Andrey Arşavin idi. O, məni yanına çağırıb dəstək olurdu. Arşavin deyirdi ki, Azərbaycan millisinə dəvət almağın bizim üçün qürurvericidir. Onunla söhbət etmək belə bizim üçün motivasiya idi. Çünki Arşavin Rusiya futbolunun əfsanəsidir. 

– Rusiya millisini seçmək variatın var idi?

Yox. Belə bir təklif almamışdım. Orada yığmaya düşmək çətindir. Əhalisi yüz milyondan çox olan bir ölkədir. Seçilmək çətindir. Bizdən ancaq Ramil Şeydayevlə Ayaz Quliyev Rusiya yığmalarında və bu ölkənin güclü komandalarında çıxış ediblər. Əlbəttə, mən də Avropanın güclü liqalarında oynamaq istəyirəm. Tək Rusiya yox, İspaniya, Portuqaliya kimi ölkələr də ola bilər. Necə ki, gürcüstanlı Xviça, erməni Henrik Mikitaryan yüksək səviyyəli klublarda çıxış edir. Bir azərbaycanlı kimi mən də onu istəyərəm. 

– Bilirsən ki, U-21 millimizin baş məşqçisi Ayxan Abbasovdur. Dəvət gözləyirsən ondan?

Bu günə qədər Ayxan müəllimlə heç bir söhbətim olmayıb. Amma oyunlarımızın birinə gəlmişdi. Açığı, dəvət gözləyirəm. Şans verilsə, özümü göstərə bilərəm. 

– Yəqin ki, bir tovuzlu kimi “Turan Tovuz”da oynamaq istəyərsən…

Əlbəttə. “Turan Tovuz” mənə doğma klubdur. Kurban Berdiyev kimi məşqçi ilə çalışmaq çox böyük işdir. Onun kimi bir mütəxəssislə söhbət etmək, bir komandada olmaq mənim üçün qürurverici olar.

– Qarşıda sizi “Karvan”la oyun gözləyir. Bu barədə nə deyə bilərsən?

Baxmayaraq ki, sonuncu oyundur hamımız ciddi hazırlaşırıq. Çünki derbidir. Qələbə qazansaq, 4-cü pilləyə yüksələ bilərik. Ancaq turnir cədvəlindən asılı olmayaraq, derbi olduğu üçün hər kəs bu matçı qazanmaq istəyir. 

Həsən Quluzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 19 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri