Zərbənin təsirindən huşumu itirdim
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərindən biri, Qırğızıstan vətəndaşı Erlan Cunuşəliyev hazırda qaldığı xəstəxanada jurnalistlərlə söhbət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tengrinews.kz məlumat yayıb.
Erlan qəza zamanı güclü zərbənin təsirindən huşunu itirdiyini deyib.
Yaralının sözlərinə görə, təyyarə qəzaya uğradıqdan sonra ilk olaraq hadisə yerinə qazaxıstanlı xilasedicilər gəliblər. Həmin vaxt sərnişinlər təyyarənin dəqiq hara düşdüyünü hələ bilmirdilər.
"Onlar bizi təyyarədən çıxarandan sonra soruşduq ki, siz kimsiniz? Qazaxıstandan olduqlarını bildirəndə ağlamağa başladıq" - yaralı bildirib.
Qeyd edək ki, təyyarə qəzasında yaralanan Erlanın müalicəsi davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 29 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















