Icma.az
close
up
RU
Zərdab Ağdaş magistral yolu çökür “Rayona getmək 40 manata başa gəlir” FOTOLAR

Zərdab Ağdaş magistral yolu çökür “Rayona getmək 40 manata başa gəlir” FOTOLAR

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Zərdab–Ağdaş magistral yolu acınacaqlı vəziyyətdədir. Avtosfer.az xəbər verir ki, Zərdab rayon sakinləri uzun müddətdir Zərdab–Ağdaş avtomobil yolunun yararsız vəziyyətdə olmasından ciddi narazılıq edirlər. Təqribən 40 kilometr uzunluğunda olan bu yol Zərdab və Ağdaş rayonlarının bir neçə kəndini birləşdirir və eyni zamanda Bakı–Qazax magistral yolunun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsinə çıxışı təmin edir. Sakinlərin sözlərinə görə, Bakı istiqamətinə və əksinə hərəkət üçün ən qısa yol məhz bu marşrutdur.

Lakin yolun hazırkı vəziyyəti onlara həm vaxt itkisi, həm də əlavə maddi xərc yaradır.

Bildirilir ki, rayon mərkəzinə taksi ilə gedib-gəlmək olduqca bahadır. Belə ki, taksi sürücüləri yolun yararsızlığını əsas gətirərək hər kilometrə görə 1 manat tələb edirlər. Nəticədə 40 kilometrlik məsafə sakinlərə 40 manata başa gəlir ki, bu da xüsusilə maddi imkanı zəif olan ailələr üçün ciddi yükdür. Bu səbəbdən bəzi sakinlər aylarla yaxın qohumlarını belə ziyarət edə bilmədiklərini deyirlər.
Süleyli kənd sakini Füzuli Şeydayev bildirir ki, kəndləri rayonun ən ucqar ərazilərindən biridir və yolsuzluqdan ciddi əziyyət çəkirlər:

“Zərdab–Ağdaş yolu tamamilə bərbad vəziyyətdədir. Əvvəllər yol çəkilmişdi, düzəlmişdi, amma son vaxtlar yenidən dağılıb. Ucqar kənddə yaşadığımız üçün rayona gedib-gəlmək çox çətindir. Maşınlar sıradan çıxır, camaat əziyyət çəkir. Rayon mərkəzinə çıxmaq bizə çox baha başa gəlir. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu yolları bərpa etsinlər”.
Digər kənd sakinləri Çingiz Xəlilov və Famil Əhmədov də yolların acınacaqlı vəziyyətdə olduğunu deyirlər.
Onların sözlərinə görə, ərazidə su xətti çəkilişi aparan şirkət ağır texnikalarla yolu daha da yararsız hala salıb:

“Deyirlər ki, köməklik edəcəyik, yolu düzəldəcəyik, amma indiyədək heç bir tədbir görülməyib. Ağdaşa gedib-gəlmək üçün maşın tuturuq, sürücülər 40 manat tələb edir. Avtobus var, o da məhdud qrafiklə işləyir. Bizə kömək edin”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlanıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, adıçəkilən yolların yenidən qurulması ilə bağlı təkliflər planı hazırlanaraq investisiya proqramına daxil edilməsi üçün təqdim olunub.
Qeyd olunub ki, təkliflərin növbəti illərin investisiya proqramına salınması və yolların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Həmin işlərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilməsi planlaşdırılır (Bizim.Media).




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Dekabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see222

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see167

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri