Zərdabda 52 illik məktəb binası UÇMAQ üzrədir Valideynlər uşaqlarını dərsə BURAXMIR VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Zərdab rayonunun Nəriman Nərimanov adına Məmmədqasımlı kənd tam orta məktəbi uzun illərdir qəzalı vəziyyətdədir. 1974-cü ildə inşa olunan məktəb binasının hazırkı durumu valideynləri ciddi narahat edir.
Kənd sakinlərinin sözlərinə görə, binada uzun müddətdir əsaslı təmir aparılmayıb.
Divarlarda dərin çatlar yaranıb, pilləkənlər köhnəlib, pəncərələr sınıq, sinif otaqlarının isə qapıları yoxdur. Bu azmış kimi məktəbin istilik sistemi də mövcud deyil. Odun sobası ilə qızdırılan qəzalı otaqlarda oturmaq isə hər an baş verəcək təhlükədən xəbər verir.
Yağışlı havalarda isə məktəbin dam örtüyü su buraxır, sinif otaqlarının ortasına su damır. Bütün bu, səbəblərə görə bir çox valideyn övladlarını məktəbə göndərməkdən imtina edir.
Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Pərviz Allahverdiyev, Aran bürosu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 11 Fevral 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















