Icma.az
close
up
RU
Zərdüşt Əlizadə “cücəni” payıza saxladı: “Delimitasiyanın o qədər də əhəmiyyəti yoxdur”

Zərdüşt Əlizadə “cücəni” payıza saxladı: “Delimitasiyanın o qədər də əhəmiyyəti yoxdur”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Politoloq Zərdüşt Əlizadənin "Yeni Sabah"a müsahibəsi:

- Nikol Paşinyandan sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təsdiqləyib ki, artıq sülh sazişinin konkret vaxtının dəqiqləşdirilməsi ilə bağlı rəsmi bakı ilə diplomatik kanallarla müzakirələr gedir. Sizcə, yaxın aylarda sülh sazişinin imzalanmasını görə biləcəyikmi?

- Yay ərzində qarşılıqlı razılaşma ola bilər. Amma mən bilən müqavilənin imzalanması payızda baş verəcək. Çünki Azərbaycan sülh müqaviləsinin imzalanmasını şərtləndirir. Bunların ən vacibi Minsk qrupunun ləğv edilməsi barədə ATƏT-ə birgə müraciətdir. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri birgə ATƏT-ə müraciət etməsi ən tezi avqust-sentyabrda ola bilər. Çünki oktyabr-noyabr aylarında ATƏT-in xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu məsələni həmin vaxta qədər gündəliyə salmalıdırlar ki, birgə müraciətə baxılsın. Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər. 

- Sülh sazişi ilə bağlı Azərbaycanın Ermənistana qarşı konkret tələbləri var. Məsələn, referendumla konstitiusiyanın dəyişdirilməsi və Minsk qrupunun buraxılması kimi. Bəs bu tələblərin yaxın perspektivdə reallaşması mümkündürmü?

- Konstitusiyası ilə bağlı bir tələb, fikrimcə, bu o qədər də əhəmiyyətli bir məsələ deyil. Bu, Paşinyan hakimiyyəti üçün ağır tələbdir. Çünki "Vətəndaş müqaviləsi" partiyasının ümumi reytinqi çox aşağı düşüb. Ermənistan konstitusiyanın dəyişdirilməsi öhdəliyi ilə bağlı hansısa sənəd imzalayarsa, Azərbaycan sülh müqaviləsinin imzalanmasına gedə bilər. Amma məncə, artıq oyuna Türkiyəni qoşmaq lazımdır. Şərait yaradılmalıdır ki, Türkiyə də Ermənistanla əlaqələrini bərpa eləsin. Bu halda hər iki dövlətin Ermənistan daxilində nüfuzu artmağa başlayacaq və belə hal Paşinyana 2026-cı il seçkilərində uğurlu çıxış etmək imkanı verəcək.

- Qriqoryan Azərbaycan və Ermənistanın sərhəd delimitasiyasının 2-ci mərhələsinin şimal istiqmətində, konkret 3 ölkənin sərhədinin kəsişməsindən bir qədər aşağıda başlayacığını açıqladı. Hazırda cəmi 12.7 kilometr sərhəd zonası delimitasiya edilib. Müharibənin bitməsindən 5 il keçdiyini nəzərə alsaq,  Ermənistanla ümumən 1007 kilometrlik sərhəd zolağının delimitasiyası üçün təxminən neçə il gözləmək lazımıdr?

- Rusiya iya ilə sərhədimiz delimitasiya olunub. Gürcüstanla isə sərhədin 70 faizi. Bu göstərir ki, delimitasiyanın baş tutması, yaxud tutmaması dövlətlər arasındakı münasibətlərə elə də güclü təsir etmir. Əgər münasibətlər xoşdursa, əlaqələr delimitasiya olmadan da davam edə bilər. Təbii ki, Ermənistanla münasibətlərin tənzimlənməsində delimitasiya məsələsinin də əhəmiyyəti var. Amma əsas məsələ ümumi mənzərədir. Sülh müqaviləsi imzalanarsa, delimitasiyanın o qədər də əhəmiyyəti yoxdur. 

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 May 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri