Zərərçəkən: Dedi ki, ərim polkovnikdir, nə bilirsiniz edin 700 minlik dələduzluq işi
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial yardımlar alınması və digər bu kimi məsələlərə köməklik göstərilməsi adı ilə çoxsaylı vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilən Samirə Mirzəyevanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər təqsirləndirilənə qarşı mülki iddialarını hakim heyətinə təqdim ediblər.
Daha sonra S.Mirzəyevanın həyat yoldaşı, keçmiş hərbçi Rasim Mirzəyev şahid kimi ifadə verib.
O deyib ki, arvadı ilə bağlı bu məsələlərdən polisə şikayətlər ediləndən sonra xəbəri olub:
"Zərərçəkənlər evimlə yanaşı, iş yerimə də gəlirdilər. Onların şikayətinə görə hərbi prokurorluqda ifadə də vermişəm".
Məhkəmədə bir neçə zərərçəkən isə ifadə verərək, Samirə Mirzəyevanın onlardan aldığı pulları qaytarmaq əvəzinə "ərim polkovnikdir, nə istəyirsiniz edin" deyərək, hədə-qorxu gəldiyini bildiriblər.
Şahidlərin dindirilməsindən sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Vaxt məhdudiyyətindən vəkillər çıxış üçün zaman istəyiblər.
Növbəti iclas fevralın 13-nə təyin edilib.
Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
O, daha öncə digər 13 şəxsə qarşı 700 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.
S.Mirzəyevanın digər epizodlar üzrə təqsirləndirilməsinə dair növbəti cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Sözügedən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham olunur.
Onu da qeyd edək ki, bu işdə adı şahid qismində keçən Müdafiə Nazirliyinə aid strukturlardan birində şöbə rəisi işləmiş Ruhin Zeyid oğlu Tağıyevin barəsində nazirlikdən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Hazırda R.Tağıyevin barəsindəki cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində araşdırmalar davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 30 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















