Icma.az
close
up
RU
Zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib

Zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Səmərəlilik auditlərinin ümumi audit portfelində payı 15 faizdən çox hədəflənsə də, 14.0 faiz nəticə əldə edilib. Çox vacib istiqamətlərdən olan İS auditinin elementləri tətbiq edilən auditin ümumi audit portfelində payı 16.0 faizdən çox hədəflənsə də, nəticə14.0 faiz olub".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, monitorinq göstəriciləri ilə bağlı cədvəldə daha məqsədəuyğun olardı ki, ayrıca bir bölmədə nail olunmayan hədəflər üzrə səbəblər ayrıca göstərilsin:

"Səmərəlilik aduitinin sayının artırılması prioritet olaraq qalmaqdadır. INTOSAI, qənaət, səmərəlilik və effektivlik prinsiplərinə uyğun olaraq bu auditin payının artırılması tövsiyyə edir. Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdiriblər. Məsələn, Çexiyada bu göstərici artıq 29.1 faizdir. Palata hesabatda 5 illik fəaliyyət hesabatı da təqdim edib. Daha yaxşı olardı ki, palata audit nəticələrinə uyğun olaraq həmin müddətdə təkrarlanan pozuntu və təhrif hallarını və eləcə də irəliləyiş olan istiqamətləri də ayrıca təqdim edərdi. Hesabatda qeyd olunduğu kimi audit və analtik fəaliyyətlər üzrə aşkar edilmiş pozuntuların içərsində büdcə qanunvericiliyinin pozulması halları 51.6 faiz olub. 2024-cü ildə bu rəqəm 45.1 faiz idi. Yəni, 2025-ci ildə büdcə qanunvericiliyi hallarında faiz ifadəsində artım var. Büdcə  qanunvericiliyin təkmilləşdirildiyini və rəqəmsallaşmanın genişləndirildiyi halda bunun səbəbləri nədir? 2025-ci ildə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə büdcəyə zərərin məbləği əvvəlki il ilə müqayisədə 50 faizdən çox artaraq 170.4 milyon manat olub. Bir il ərzində büdcəyə zərərinin məbləğinin 50 faiz artması dövlət vəsaitinin təyinatından yayındırılması hallarının qarşısınını alınması ilə bağlı nəzarətin gücləndirilməsini daha da aktuallaşdırır. Eyni zamanda, Hesablama Palatası tərəfindən 2024-cü ildə büdcəyə hesablanmış zərərin 74 faizinin bərpası ilə bağlı qərar qəbul edilsə də bu göstərici 2025-ci ildə 60 faiz olub. Yəni, büdcəyə hesablanmış zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib. Niyə büdcəyə dəymiş ziyanı bərpa etməkdə belə çətinliklər var? 

Əgər 2024-cü ildə cəmi 8.7 milyon manat hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdirsə, bu göstərici 2025-ci ildə 40.3 milyon manat olub. Yəni, əvvəlki il ilə müqayisədə Hesablama Palatasının hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal etdiyi məbləğ 4.6 dəfə artıb. Bu isə büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi baxımdan ciddi siqnaldır. Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eynilə büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bütün bunlar cari maliyyə intizamının daha da gücləndirilməsini aktuallaşdırır. Maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin məbləğində əvvəlki il ilə müqayisədə kəskin azalmalar var. Bu təbii ki, müsbət haldər. Bununla yanaşı, büdcə qanunvericiliyi pozulması halları yüksək rəqəm ilə ifadə olunursa, bir il ərzidə maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin 68 faiz, maliyyə hesabatlarında digər qrupa aid edilən təhriflərin 6.3 dəfə azalması nə ilə bağlıdır?"


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Aprel 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri