Icma.az
close
up
RU
Zərif istefasından danışdı: Özüm və ailəm ən iyrənc təhqirlərlə üzləşdik

Zərif istefasından danışdı: Özüm və ailəm ən iyrənc təhqirlərlə üzləşdik

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Xəbər verildiyi kimi, İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.

O, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa vermək qərarını açıqlayıb.

Modern.az-ın məlumatına görə, Məhəmməd Cavad Zərif X sosial media hesabındakı paylaşımda vəzifəsindən istefa verdiyinə belə aydınlıq gətirib.
“Uca Allaha şükür edirəm ki, ötən 9 ayda mənə millətin iradəsini həyata keçirmək, xalqa xidmət etmək üçün əlindən gələni etmək imkanı verdi.

Son 6 ayda özüm və ailəm ən iyrənc təhqir, böhtan və təhdidlərlə üzləşmişik. Hətta hakimiyyət daxilində də 40 illik xidmətimin ən çətin və ağrılı dövrünü keçirdim. Amma ayaqda qaldım.
Mən heç vaxt bu torpağa xidmət yolunda çətinliklərdən, bəlalardan qaçan biri olmamışam və deyiləm. Bu yolda çoxlu təhqirlərə, böhtanlara dözdüm və ölkənin mənafeyinə xələl gəlməsin deyə yalanlara qarşı susmağa üstünlük verdim.

Dünən Ədliyyə sisteminin sədrinin dəvəti ilə onunla görüşdüm. Ölkədəki mövcud şəraiti nəzərə alaraq, hökumətə daha çox təzyiq göstərməmək üçün mənə universitetə ​​qayıtmağı tövsiyə etdi. Mən bu təklifi tərəddüd etmədən qəbul etdim.

Mən həmişə yük deyil, dayaq olan biri olmaq istəmişəm. Məsuliyyət yükünü çiynimdən götürdüyünə görə cənab Prezidentə ürəkdən təşəkkür edirəm. Ümid edirəm ki, mənim kənara çəkilməyimlə xalqın tələblərinə, hakimiyyətin uğurlarına mane olan bəhanələr də aradan qalxacaq. Hörmətli Dr. Pezeşkianı dəstəkləməkdən qürur duyuram və ona və xalqa həqiqətən xidmət edən bütün digər rəsmilərə ən yaxşı arzularımı bildirirəm. Bütün çatışmazlıqlarıma görə Allahdan və sizdən, səbirli və sadiq İran xalqından üzr istəyirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri