Icma.az
close
up
RU
Zərifə Əliyeva: elmin parlaq siması MƏQALƏ

Zərifə Əliyeva: elmin parlaq siması MƏQALƏ

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın görkəli alimi və akademiki Zərifə Əliyeva XX əsrdə oftalmologiya sahəsinin inkişafına mühüm töhfələr vermiş, tibb elmi ilə yanaşı, ictimai baxımdan da böyük əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir. Onun elmi araşdırmaları əsasən infeksion göz xəstəliklərinə, xüsusilə traxomanın diaqnostikası, qarşısının alınması və müalicəsinə həsr olunmuşdur və bu istiqamətdə qazandığı nailiyyətlər tibb elminə ciddi töhfə sayılır.Zərifə Əliyevanın apardığı məqsədyönlü elmi-praktik fəaliyyət nəticəsində sözügedən xəstəlik ölkəmizdə nəzarət altına alınmış, onun geniş yayılmasının qarşısı effektiv şəkildə alınmışdır.

O, zəngin elmi biliklərini yüksək insani keyfiyyətlərlə birləşdirərək Azərbaycanın səhiyyə sisteminə mühüm töhfələr vermişdir.Bununla yanaşı, o, kimsəsiz və sosial baxımdan həssas təbəqələrə göstərdiyi xüsusi diqqət və qayğı ilə də seçilmişdir. Zərifə Əliyevanın həyat yolu və fəaliyyəti göstərir ki, tibb sahəsində çalışan alimlərin sosial məsuliyyəti elmin inkişafı qədər vacib amildir.1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva, hələ gənc yaşlarından elmə və insanlara xidmətə böyük maraq göstərmiş, bu marağını ömrünün sonuna qədər yüksək peşəkarlıq və fədakarlıqla davam etdirmişdir.1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə başa vuran Zərifə Əliyeva elmi fəaliyyətə 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda başlamış, 1950-ci ildə isə aspiranturaya qəbul olunaraq tədqiqatlarını daha da dərinləşdirmişdir. Onun elmi maraq dairəsi əsasən sosial əhəmiyyət daşıyan oftalmoloji xəstəlikləri, xüsusilə də həmin dövrdə ölkə üçün ciddi problem olan traxomanın öyrənilməsini əhatə edirdi. Bu sahədə həyata keçirdiyi kompleks müalicəvi və profilaktik tədbirlər, eləcə də tətbiq etdiyi yeni müalicə üsulları sayəsində alim yalnız ölkə daxilində deyil, sovet elmi mühitində də tanınmışdır.1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası həm elmi, həm də praktik baxımdan mühüm yenilik kimi qiymətləndirilmiş və ona geniş elmi nüfuz qazandırmışdır. Qeyd etmək lazımdır ki, həmin dövrdə traxoma təkcə tibb sahəsi üçün deyil, ümumilikdə ictimai səhiyyə və sosial rifah baxımından da ciddi təhlükə hesab olunurdu.Zərifə Əliyevanın xəstəliyin qarşısının alınması istiqamətində uşaq evlərində, internat məktəblərində və ucqar bölgələrdə apardığı maarifləndirmə tədbirləri, eləcə də yerli səhiyyə işçilərinin peşə hazırlığının yüksəldilməsinə yönəlmiş fəaliyyəti onun geniş ictimai missiyasının ayrılmaz hissəsi olmuşdur.1967-ci ildə Zərifə Əziz qızı Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut həm də onun atası – respublikanın tanınmış dövlət xadimi və professoru Əziz Məmmədkərim oğlu Əliyevin adını daşıdığı üçün alimin həyatında xüsusi mənəvi dəyərə malik olmuşdur.Zərifə Əliyeva institutda fəaliyyət göstərdiyi illərdə yalnız elmi-pedaqoji istiqamətdə deyil, eyni zamanda yüksək ixtisaslı klinik praktikada da fəal iştirak etmişdir. O, mürəkkəb cərrahi əməliyyatlar icra etmiş, həkimlər üçün mütəmadi klinik məsləhətlər vermiş və oftalmoloji xidmətin keyfiyyətinin artırılması məqsədilə sistemli tədbirlər həyata keçirmişdir.Traxoma ilə bağlı mühüm elmi nəticələr əldə etməklə yanaşı, alim oftalmologiyanın digər aktual problemlərini də daim diqqət mərkəzində saxlamışdır. Bu istiqamətlərdən biri qlaukomanın patogenezi və müalicə üsullarının araşdırılması olmuşdur. Onun bu sahədə apardığı tədqiqatlar, hazırladığı elmi məqalələr və metodik tövsiyələr klinik praktikada geniş tətbiq olunmuş, oftalmoloqların peşəkar bilik və bacarıqlarının inkişafına ciddi təsir göstərmişdir.Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın müxtəlif sahələrini əhatə etmişdir. O, görmə orqanının iltihabi xəstəlikləri, diaqnostik üsulların təkmilləşdirilməsi, qlaukomanın erkən mərhələdə aşkarlanması və effektiv müalicə yollarının işlənib hazırlanması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Xüsusilə görmə orqanının peşə patologiyası ilə bağlı apardığı tədqiqatlar sənayeləşmə dövründə aktuallıq kəsb edən mühüm elmi istiqamət kimi böyük əhəmiyyət daşımışdır.Zərifə Əliyeva uzunmüddətli müşahidələrə, zəngin klinik təcrübəyə və eksperimental tədqiqatlara əsaslanaraq “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını hazırlamışdır. Bu elmi iş sahə üzrə ilk fundamental tədqiqatlardan biri kimi yüksək qiymətləndirilmişdir. Alim dissertasiyanı dünyanın nüfuzlu oftalmoloji mərkəzlərindən biri olan H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə etmiş və 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini almışdır.Doktorluq işini müdafiə etdikdən sonra o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında professor kimi fəaliyyət göstərmiş, 1983-cü ildən isə kafedra müdiri vəzifəsinə seçilmişdir. Onun rəhbərliyi dövründə kafedranın elmi və pedaqoji fəaliyyəti daha da genişlənmiş, oftalmologiya təhsilində müasir metodik yanaşmalar tətbiq olunmuşdur. Zərifə Əliyeva ixtisasartırma kurslarında yüzlərlə həkim-oftalmoloqa dərs demiş, bu sahənin elmi-nəzəri əsaslarının formalaşmasına mühüm töhfələr vermişdir.Alimin tədqiqat maraqları yalnız peşə patologiyası ilə məhdudlaşmamışdır. O, görmə orqanının virus mənşəli zədələnmələri, xüsusilə herpetik göz xəstəlikləri və ağır virus konyunktivitləri üzrə geniş araşdırmalar aparmışdır. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur.Zərifə Əliyeva elmi fəaliyyətində görmə orqanında bədxassəli şişlərin erkən diaqnostikası və müalicəsi kimi mühüm istiqamətlərə də xüsusi diqqət yetirmişdir. O, eyni zamanda dakriologiya – gözyaşı yollarının fiziologiyası və patologiyası sahəsində əhəmiyyətli tədqiqatlar aparmışdır. Alimin “Göz sulanmasının fiziologiyası” və “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” adlı əsərləri həm oftalmoloqlar, həm də fizioloqlar tərəfindən yüksək qiymətləndirilmişdir. Onun həmmüəllifi olduğu fundamental “Terapevtik oftalmologiya” dərsliyi isə bu gün də tibb sahəsində çalışan mütəxəssislər üçün əsas elmi mənbələrdən biri hesab olunur.Zərifə Əliyevanın zəngin elmi irsi 150-yə yaxın məqaləni, 12 monoqrafiyanı, bir neçə dərs vəsaiti və dərsliyi, həmçinin 1 ixtira və 12 səmərələşdirici təklifi əhatə edir. 1981-ci ildə o, oftalmologiya sahəsində əldə etdiyi mühüm elmi nailiyyətlərə görə SSRİ Tibb Elmləri Akademiyasının nüfuzlu akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür.Alim yalnız tədqiqatçı kimi deyil, həm də pedaqoq, maarifçi və yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi tanınmışdır. Onun “Yüksək etimad” adlı əsəri həkim peşəsinin etik əsaslarını, insanlara xidmətin mənəvi mahiyyətini əks etdirir. Bu kitabda həkimin cəmiyyət qarşısındakı məsuliyyəti, şəxsi keyfiyyətlərinin peşə fəaliyyətinə təsiri geniş şəkildə izah olunur və uzun illər ərzində gənc tibb işçiləri üçün mühüm istiqamətləndirici vəsait kimi istifadə edilmişdir.Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində elmi-pedaqoji məktəbin əsasını qoyan alimlərdən biri kimi tanınır. Onun rəhbərliyi və dəstəyi ilə çoxsaylı elmi tədqiqatlar müdafiə edilmiş, onlarla doktorant və gənc həkim-oftalmoloq formalaşmışdır. Tələbələrinə fərdi yanaşması, peşəkar diqqəti və səmimi münasibəti onun pedaqoji fəaliyyətinin əsas xüsusiyyətlərindən olmuşdur. Alimin yaratdığı elmi məktəb bu gün də oftalmologiya sahəsinin inkişafına töhfə verməkdə davam edir.1983-cü ildə o, elmi xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Bu nailiyyət Azərbaycan qadınının elm sahəsindəki yüksək potensialının parlaq ifadəsidir.Elmira Axundova tərəfindən qələmə alınmış “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabında qeyd olunur ki, Zərifə xanım ictimai və elmi fəaliyyətini heç vaxt ailə həyatından üstün tutmamışdır. O, qadın və ana kimi məsuliyyətlərini elmi fəaliyyəti ilə harmonik şəkildə uzlaşdırmağı bacarmışdır.Onun zəngin elmi irsi, yüksək mənəvi keyfiyyətləri və vətəndaş mövqeyi xalqın yaddaşında əbədi iz qoymuşdur. 1994-cü ildə alimin nəşi Bakı şəhərində yerləşən Fəxri Xiyabana köçürülmüş və burada Azərbaycanın görkəmli ziyalıları sırasında dəfn olunmuşdur.2023-cü ildə akademikin anadan olmasının 100 illik yubileyi qeyd edilmişdir.Bu münasibətlə dövlət başçımız İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan elmi konfranslar, anım mərasimləri və digər tədbirlər vasitəsilə Zərifə Əliyevanın zəngin irsi yenidən diqqət mərkəzinə gətirilmiş, onun örnək həyat yolu gənc nəsillərə geniş şəkildə təqdim olunmuşdur.Ulu Öndər Heydər Əliyev Zərifə xanımı insanlara olan sevgisi, mərhəməti, xeyirxahlığı və elmə bağlılığı ilə seçilən, öz dövründə əfsanəvi nüfuz qazanmış nadir qadın kimi səciyyələndirmişdir. O, Zərifə xanımı həm görkəmli alim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, həm də ziyalı Azərbaycan qadınının parlaq nümunəsi kimi yüksək qiymətləndirmişdir. Heydər Əliyev şəxsi və ictimai həyatındakı uğurlarında onun yaratdığı mənəvi mühitin mühüm rol oynadığını xüsusi vurğulamışdır.Prezident İlham Əliyev isə qeyd etmişdir ki, anası Zərifə Əliyevanın həyat fəlsəfəsi və ailə dəyərləri onun şəxsiyyətinin formalaşmasına dərin təsir göstərmişdir. O, Zərifə xanımın həyatının son anlarında belə məğrurluq və təmkin nümayiş etdirdiyini, insanlara və övladlarına olan sevgisini sonadək qoruduğunu vurğulamışdır. Prezident İlham Əliyev onu əsl alim, xeyirxah insan və fədakar ana kimi dəyərləndirmişdir.Zərifə Əliyeva yalnız alim, həkim, müəllim və ictimai xadim kimi deyil, eyni zamanda Azərbaycan qadınının mənəvi gücünün, ziyalılığının və humanist dəyərlərinin simvolu kimi yadda qalmışdır. O, həyatını xalqın sağlamlığına, tibb elminin inkişafına, peşəkar kadrların yetişdirilməsinə və ailəsinə həsr etmişdir. Alimin elmi nailiyyətləri, müəllifi olduğu əsərlər, yetişdirdiyi mütəxəssislər və qazandığı nüfuz onun peşəsinə və vətəninə dərin bağlılığının bariz ifadəsidir.Bununla yanaşı, Zərifə xanım ailə həyatında da mehriban və fədakar ana, sədaqətli həyat yoldaşı kimi seçilmişdir. Heydər Əliyevin sözləri ilə desək, “Zərifə xanım həyatımda əvəzsiz rol oynamış, mənəvi mühiti ilə məni xoşbəxt etmiş bir insandır.”Zərifə Əliyevanın ömür yolu və çoxşaxəli fəaliyyəti yalnız oftalmologiya sahəsində deyil, bütövlükdə Azərbaycanın elm, səhiyyə və qadın ziyalılığı tarixində silinməz iz qoymuşdur. Onun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi bu böyük şəxsiyyətə göstərilən ehtiramın aydın təzahürüdür.Aprelin 15-i – Zərifə Əliyevanın anım günü yalnız onun xatirəsini yad etmək deyil, həm də elmə, insana və vətənə sədaqət ideyalarını yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Onun işığı və irsi hər zaman yaşayacaq, yaddaşlarda və elmi ənənələrdə öz varlığını qoruyub saxlayacaqdır.

Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri