“Zərifə Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifəsidir”
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının inzibati binasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Zərifə Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifəsidir” mövzusunda konfrans keçirilib.Tədbirdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Rauf Yahyayev və bir qrup tibb işçiləri iştirak edib.Konfrans iştirakçıları ilk öncə kitab sərgisi ilə tanış olub.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yahyayev, həmçinin RMX-nin oftalmoloq həkimi Yeganə Həsənova, millət vəkilinin köməkçisi Gündüz Hacıyev çıxış ediblər.
Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup tibb işçisisinə partiya vəsiqələri təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















