Zərin Ələsgərova direktor müavini oldu
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat olub.
Zərin Ələsgərova Mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.
O, bundan əvvəl Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində akademik işlər üzrə rəhbər, 2023-2026-cı illərdə isə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində Tədris və Təlim İşləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tarixi 1923-cü ildən başlayır. Belə ki, bu təhsil ocağı həmin ildən fabrik-zavod məktəbi kimi fəaliyyətə başlayıb. 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb. 1969-cu ildən burada şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb.
Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarına əsasən 2 nömrəli Bakı Peşə Məktəbi ilə birləşdirilib və onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. /İqtisadiyyat.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















