Icma.az
close
up
RU
Zeta Group BWT Alpine F1 komandasının LEGO avtomobilini Bakıya gətirdi

Zeta Group BWT Alpine F1 komandasının LEGO avtomobilini Bakıya gətirdi

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustun 26-da "Crescent Mall" və onun qonaqları unudulmaz anlara şahidlik etdilər. "F1®" azarkeşləri və "LEGO"sevərlərin səbirsizliklə gözlədiyi gün gəldi - "Zeta Group"a daxil olan "The Entertainer" və "LEGO" əməkdaşlığı çərçivəsində möhtəşəm "BWT Alpine F1® Team" komandasının "A524 LEGO Big Build" avtomobili ölkəmizdə ilk dəfə təqdim olundu.

Dünyada böyük maraq doğuran bu möhtəşəm "LEGO" avtomobili daha əvvəl 2025-ci ildə "Formula-1®" üzrə Mayami Qran-prisi zamanı nümayiş etdirilib, hətta "Formula-1®" pilotlarının və "LEGO Group" komandasının imzalarını da qazanıb.

Tamölçülü "Formula-1®" avtomobilinin "LEGO" versiyası heyrətamiz göstəricilərə malikdir:

- 400 000 LEGO kərpici istifadə olunub;

- 1 500 kq çəkisi var;

- Maksimal sürəti 20 km/saat təşkil edir;

- Onun hazırlanması üçün "LEGO Group"un Çexiyadakı Kladno fabrikində 26 peşəkar dizayner, mühəndis və "LEGO" ustası tərəfindən tam 22 000 saatlıq iş görülüb.

Təqdimat mərasimi "Crescent Mall" ziyarətçiləri üçün əsl bayrama çevrilib. Qonaqlar müsabiqələrdə iştirak edib, müxtəlif "LEGO" hədiyyələri qazanıblar. Tədbirin ən böyük mükafatı isə "The Entertainer"dən 300 AZN-lik hədiyyə kartı olub.

"Zeta Group"un təşkil etdiyi bu təqdimat sadəcə bir avtomobil sərgisi deyil, yaradıcılığın, texnologiyanın və "LEGO" kərpiclərinin sərhədsiz gücünün nümayişidir. Möhtəşəm "BWT Alpine F1® Team" komandasının "A524 LEGO Big Build" avtomobilini 26 sentyabradək "Crescent Mall"da canlı izləmək mümkündür.

Qeyd edək ki, "Zeta Group" 2012-ci ildən fəaliyyət göstərir və tərkibinə "The Entertainer", "Ted Baker", "Pinko", "Ipekyol", "Carpisa", "Life Fitness", "1st Fitness" kimi markalar daxildir. Qeyd olunan brendlər Bakı şəhərin bütün iri ticarət mərkəzlərində təmsil olunurlar. "Zeta Group"a daxil olan "The Entertainer" isə Azərbaycanın ən böyük "LEGO" satıcısı olmaqla yanaşı, həm də 5000-dən çox çeşidi ilə uşaqlar üçün tam təhlükəsiz, lisenziyalı oyunlar və dünyaca məşhur brendlərin məhsullarını təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri