Icma.az
close
up
RU
Zeynal Fətullayev: Sülh qlobal güclərin maraqlarına uyğun gəlmir

Zeynal Fətullayev: Sülh qlobal güclərin maraqlarına uyğun gəlmir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Müharibənin dayandırılması üçün danışıqlara başlamaq zəruridir, lakin bunun qarşısında ciddi maneələr var"

"Əsas çətinlik tərəflərin irəli sürdüyü şərtlərin bir-biri ilə uzlaşmamasıdır"

Rusiya-Ukrayna müharibəsinin uzandığı bir dövrdə sülh perspektivləri və qarşıdakı hərbi-siyasi inkişaf xətti beynəlxalq gündəmin əsas mövzularından biridir. Prosesi yaxından izləyən siyasi analitiklər bildirirlər ki, bölgədə sülhün əldə olunması dərin geosiyasi maraqlar və güclər balansı səbəbindən son dərəcə çətindir.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Zeynal Fətullayev münaqişənin hazırkı dinamikasını "Sherg.az"a dəyərləndirərək bildirib ki, Rusiya və Ukrayna arasında bu mərhələdə sülhə yaxınlaşmaq çətin görünür və tərəflərin müharibəni davam etdirmək ehtimalı hələ də yüksəkdir. Ekspertin sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı müharibəyə ədalətli və davamlı həll yolu tapılmalıdır: 

"Müharibənin dayandırılması üçün danışıqlara başlamaq zəruridir, lakin bunun qarşısında ciddi maneələr var. Əsas çətinlik tərəflərin irəli sürdüyü şərtlərin bir-biri ilə uzlaşmamasıdır. Rusiya hazırda nəzarətində saxladığı ərazilərdən geri çəkilmək niyyətində deyil; hətta geri çəkilməmək bir yana, atəşkəsi müzakirə mövzusu belə saymır və birbaşa sülh müqaviləsinin imzalanmasını tələb edir. Rusiyanın tələbləri sırasında Ukraynanın hələ işğal edilməmiş ərazilərinə dair iddialar da var ki, bu da Kiyev üçün qəbuledilməzdir. Zelenski bu şərtləri qəbul edə bilməz – nə siyasi, nə də dövlət maraqları baxımından bu mümkün deyil. Beləliklə, mövcud situasiya faktiki olaraq dalana dirənmiş vəziyyətdədir".

Şərhçi qeyd edir ki, uzun müddətdir davam edən müharibə hər iki tərəfin iqtisadi, hərbi və sosial resurslarını ciddi şəkildə tükəndirib:

“Hazırda tərəflər bir-birini tükəndirən mövqe müharibəsi aparır. Nə Ukrayna öz torpaqlarını tam azad edə bilir, nə də Rusiya yeni ərazilər işğal etmək iqtidarındadır. Mövcud şərait, hər nə qədər Rusiyanın xeyrinə kimi görünsə də, Moskva Ukraynanı tam məğlub duruma sala bilmir, Ukrayna isə təslim olmaqdan uzaqdır. Bu mənzərə göstərir ki, yaxın müddətdə tərəflərdən heç biri həlledici üstünlük qazana bilməyəcək və müharibə uzunmüddətli geosiyasi qarşıdurmaya çevrilə bilər.”

Zeynal Fətullayevin sözlərinə görə, hazırkı mərhələdə sülh və ya atəşkəs barədə razılaşma kağız üzərində Rusiyanın xeyrinə görünə bilər, lakin bunun özü də qlobal güclərin strateji maraqları ilə ziddiyyət təşkil edir:

“Bu cür razılaşma dünyanın yenidən iki qütbə bölünməsi təhlükəsini artırar və Rusiya–Qərb qarşıdurmasını daha da dərinləşdirər. Bu isə beynəlxalq təhlükəsizlik sistemini ciddi şəkildə sarsıda bilər. Məhz buna görə də qlobal oyunçular müharibənin nəzarətsiz şəkildə genişlənməsinin qarşısını almaq üçün balanslı və uzunmüddətli strategiya axtarırlar.”

Zelenskinin istefa verəcəyi barədə yayılan iddialara münasibət bildirən Zeynal Fətullayev bu ehtimalın real görünmədiyini deyir:

"Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda istefa verəcəyi gözlənilmir. O, hazırda ölkəni müdafiə etməyə və müqaviməti davam etdirməyə çalışır. ABŞ tərəfindən müəyyən təzyiqlər var, lakin bu təzyiqlər Zelenskinin istefasına yox, sülh danışıqlarında daha yumşaq mövqe tutmasına yönəlib. Yeni il ərəfəsində istefa verməsi isə real deyil- belə addım onun ölkəni ağır vəziyyətdə qoyub geri çəkilməsi kimi qiymətləndirilərdi. Bütün çətinliklərə baxmayaraq, Ukraynada ən yüksək ictimai dəstək hələ də Zelenskiyə məxsusdur". 

Fətullayev qeyd edir ki, bəzi beynəlxalq güc mərkəzləri Zelenskinin siyasi səhnədə qalmasından narazıdır, lakin qərarı verəcək olan həm Prezidentin özü, həm də Ukrayna xalqıdır:

"Gözlənilir ki, qarşıdakı aylarda Ukraynanın daxili siyasi nəbzi daha da sürətlənəcək. Bu isə həm Qərbin Kiyevə münasibətində, həm də regionun təhlükəsizlik arxitekturasında yeni proseslərə yol aça bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri