Icma.az
close
up
RU
Zeynəb Xanlarova kimdir? Dünyanın xoşbəxti, spikeri tənqid edən keçmiş deputat

Zeynəb Xanlarova kimdir? Dünyanın xoşbəxti, spikeri tənqid edən keçmiş deputat

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bir zamanlar onun bütün mahnıları hitə çevrilib dildə-ağızda dolaşırdı. Zeynəb Xanlarova dünyanın ən böyük ölkəsi olan SSRİ-nin də ən tanınmış müğənnilərindən idi. Demək olar ki, dünyanın bütün ölkələrinə qastrol səfərinə gedib, adını tanıtmış, Azərbaycan musiqisini sevdirmişdi. 

Milli.Az lent.az-a istinadən  Azərbaycanın Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovadan bəhs edir.

- Zeynəb Xanlarova harada və nə zaman anadan olub?

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində, dağlı məhəlləsində anadan olub. Müğənni tanındıqdan sonra  onun haralı olması barədə çoxlu şaiyələr dolaşmışdı. Hər kəs onu öz bölgəsinin yetirməsi hesab edirdi. Hətta müğənninin Yevlax qaraçısı olması barədə də söz-söhbətlər dolaşmışdı. Təbii ki, bunu yayan da elə qaraçılar olmuşdu.

- Zeynəb Xanlarova harada təhsil alıb?

Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil alıb. Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivində çıxış edərkən münsiflər heyətinin üzvləri olan - Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında "Azərbaycan maralı" xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənilir  və beləcə yolları açılır. O, 1956-cı ildə Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 

- Zeynəb Xanlarovanın ilk muğam ustadı kim olub?

O, Seyid Şuşinskidən muğam dərsləri alıb. O, Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Bu günə qədər səhnəmizin ən gözəl Leylisi də o hesab edilir.
Zeynəb Xanlarova filmlərə çəkilib?
O, 14 sənədli filmə çəkilib. Özü haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.

- Zeynəb Xanlarova hansı fəxri adları alıb?

1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.  Müstəqillik illərində "Şöhrət"  və "İstiqlal" , "Heydər Əliyev" ordenləri ilə təltif edilib. 

- Zeynəb Xanlarova siyasətlə məşğul olub?

O, Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olub.

- Zeynəb Xanlarova neçə ölkədə konsert verib?

Bu ölkələrin və konsertlərin sayını böyük müğənni özü də itirib. 70-dən çox ölkədə xüsusi dəvətlə konsert verib.
Yəməndə 50 dərəcə istidə açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o vaxtkı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir. O, mikrofonsuz stadionda konsert verməsi ilə də yadda qalıb. Getdiyi hər ölkədən bir  milli musiqi gətirən Zeynəbin repertuarından yerli müğənnilər çox istifadə edirdilər.

- Zeynəb Xanlarova özü mahnı bəstələyib?

Bəli. Öz dediyinə görə  Sovet dönəmində bəstəkar olmayanların mahnılarını efirə buraxmadıqlarına görə, o da bəstələrini "Şərq ölkələrinin mahnısıdır, öz dilimizə tərcümə etmişəm" adı ilə efirə çıxarıb. Belə mahnılardan biri də "Xalidə" mahnısıdır.

- Zeynəb Xanlarova xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub?

Bəli. Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayıb və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alıb.
Mühacirətdə yaşamış azərbaycanlı şair Almas İldırımın ailə üzvlərinin bir-birini tanımasında və tapmasında Zeynəb Xanlarovanın rolu olub.

- Zeynəb Xanlarova deputat olarkən tənqidi çıxışlar edib?

Bəli. O dəfələrlə Xəzər dənizinin sahillərinin hasarlanmasını dəfələrlə diqqətə çatdırıb. Milli Məclis spikeri Oqtay Əsədov onu "İstiqlal" ordeni alması münasibətilə təbrik etmədiyi üçün onu sərt tənqid edib:

"Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Mən 25 ildir ki, millət vəkiliyəm. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam məni təbrik eləmədi. Axı siz kimsiz? Özünü orda oturanda elə apar ki, ordan enəndə də səni saysınlar!"

- Zeynəb Xanlarova gəncliyində toylara  dəvət alıb?

O heç bir vaxt toyda çıxış etməyib.

- Zeynəb Xanlarovanın ailəsi barədə nə bilirik?

Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub.

Səlim Abbas oğlu Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib.
3 dekabr 1998-ci il tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Səlim Babayev "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri təyin edilib. O, həmin vəzifədə 2001-ci ilə kimi çalışıb. Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.
Zeynəb Xanlarova və Səlim Babayev cütlüyünün iki oğlan övladı dünyaya gəlib - Ramin və Ramal Babayevlər.

- Zeynəb Xanlarova Amerikada yaşayır?

Xeyr.  Mayami və istanbulda evləri olsa da, Bakıda yaşamağa üstünlük verir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2024 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri