Icma.az
close
up
RU
Zeynəb Xanlarovanın oğlu yüksək vəzifədə imiş

Zeynəb Xanlarovanın oğlu yüksək vəzifədə imiş

Icma.az bildirir, News24 portalına istinadən.

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib – onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar…

Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarovanın oğlu Enerji Məsələlərini Tənzimləmə Agentliyində yüksək vəzifə tutur.

News24.az modern.az-a istinadən bildirir ki, Xalq artistinin oğlu Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından fəaliyyətə başlayıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.

Agentlik hazırda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı ilə fəaliyyət göstərir.

Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyəti sədrinin iki müavinindən biridir.

R.Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.

Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb.

2001-2007-ci illərdə Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub.

2012-2017-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib, komitə sədrinin müavini postunu tutub.

2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.

Hazırda 89 yaşı olan Zeynəb Xanlarova 1985-ci ildən 2020-ci ilə kimi parlamentin deputatı olub. 1996-cı ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal”, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Zeynəb Xanlarovanın iki oğlu var – Ramin və Ramal Babayevlər.

Zeynəb Xanlarovanın həyat yoldaşı Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri