“Zeytun Pharma” dərman firmasında nöqsanlar… Cərimələnə bilər
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Zeytun Pharma” dərman firması və apteklər şəbəkəsi ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Tribuna-nın məlumatına görə, dərman firması İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.3.-cü maddəsini pozub. Belə ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
“Zeytun Pharma” ilə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. İşə 27 noyabr tarixində hakim Samirə Məmmədlinin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Zeytun Pharma” MMC şirkətinin rəhbəri Bəhruz Şirəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















