Zibil əlindən tərpənmək olmur Yeni Günəşli sakinlərindən ŞİKAYƏT
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan sakinlər yaşadıqları binanın həyətində yaranan zibilliklə bağlı narazılıqlarını bildiriblər.
Oxu.Az-ın məlumatına görə, qəsəbənin D massivində, 20-ci binanın arxa hissəsi tamamilə baxımsız vəziyyətdədir.
Sakinlər bildirirlər ki, ərazinin təmizlənməsinə nəzarət edən yoxdur.
"İki binanın arasında yerləşir. Zibil əlindən tərpənmək olmur. Kim əlinə keçibsə, atıb. Baxan və təmizləyən isə yoxdur", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov bildirib ki, şikayət daxil olan kimi bələdiyyə əməkdaşları dərhal əraziyə cəlb olunublar və ərazidə təmizlənmə işləri aparılıb.
"Zibil əlindən tərpənmək olmur" - Yeni Günəşli sakinlərindən ŞİKAYƏT
"Qeyd etmək istərdim ki, biz dəfələrlə o ərazini təmizləmişik. Təəssüf ki, bina sakinləri təmizliyi qoruyub saxlamırlar. Tövsiyə edərdik ki, təmiz yerdə yaşamaq üçün hər bir sakin təmizliyə riayət etsin. Məişət tullantılarını balkonlardan birbaşa həyətə deyil, müvafiq tullantı qablarına ataq", - deyə İ.Nəcəfov vurğulayıb.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 İyun 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















