Zibil kimi atılırdı, arıqlatdığı üzə çıxdı
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Manqo yeyərkən adətən onun qabığını və çəyirdəyini atmağa vərdiş etmişik. Lakin Çində aparılan son araşdırmalar göstərir ki, məhz bu "lazımsız" hissələr artıq çəki ilə mübarizədə əsl xilaskar ola bilər.
Demokrat.az-ın məlumatına görə Mii rayonu Xalq Xəstəxanasının alimləri müəyyən ediblər ki, manqonun qabığı və çəyirdəyinin tərkibindəki maddələr orqanizmdə piy mübadiləsinə birbaşa təsir göstərir.
Tədqiqat zamanı məlum olub ki, manqo qabığı bağırsaq mikroflorasına təsir edərək maddələr mübadiləsini sürətləndirir. Qabıq piylərin parçalanmasında ən güclü "tənzimləyici" rolunu oynayır. Çəyirdəyin ekstraktı isə fərqli yolla – qana sorulduqdan sonra hormonal proseslərə təsir edərək çəki artımının qarşısını alır.
Alimlər sınaqları hələlik laboratoriya siçanları üzərində aparsalar da, nəticələr olduqca ümidvericidir. Məlum olub ki, meyvənin qabığı ilə qidalananlarda çəki artımı digərlərinə nisbətən xeyli aşağı olub. Mütəxəssislər hesab edir ki, gələcəkdə manqo qabığı və çəyirdəyindən arıqlamaq üçün xüsusi qida əlavələri hazırlamaq mümkün olacaq. Odur ki, bu ekzotik meyvəni yeyərkən onun qabığını dərhal zibil qutusuna atmağa tələsməyin.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:99
Bu xəbər 25 Mart 2026 11:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları