Zibil poliqonuna uşaq dölü atdılar... YENİLƏNİB
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Gəncədə çürümüş dölün tapılması ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
***
11:20
Gəncə şəhərində körpə meyiti tapılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, meyit şəhər ərazisindəki zibil poliqonunda aşkarlanıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Meyit ekspertizaya təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 20 Avqust 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















