Zibil qablarını sağ zolağa yerləşdirib yolu kəsdilər SÜRÜCÜLƏR NARAZIDIR FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda yolun hərəkət hissəsinin zəbt olunması ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Alı Mustafayev küçəsindən (3-cü mikrorayon bazarının qarşısından) gedir.
Oxucu bildirir ki, normalda gün ərzində həmin yolda sıxlıq və tıxac olur. Bununla yanaşı yolun hərəkət hissəsinə qoyulmuş zibil qabları vəziyyəti daha da çətinləşdirir. Qeydə alınmış fotodan da görünür ki, yerləşdirilmiş qablar yolun sağ zolağını tamamilə bağlayıb. Hərəkət üçün isə bir zolaq yer qalıb.
Qeyd edək ki, zibil yeşiklərinin hərəkət hissəsinə yerləşdirilməsi qanunvericiliyə görə ziddir. Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə ilə bağlı tez bir zamanda ölçü götürəcək.
Fərid



