Icma.az
close
up
RU
Zibil qutusu ilə müsahibə...

Zibil qutusu ilə müsahibə...

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

-  İstəyirəm, birinci özünüz haqqında danışasınız...

- Açığı, ilk dəfədir müsahibə verirəm, ona görə, bir az həyəcanlıyam. Belə deyim... Siz məni üfunətli, iyrənc bir şey kimi tanıyırsınız. Haradasa haqlısınız, amma yoxluğum varlığımdan daha böyük üfunətə səbəb olar. Nitşe deyirdi ki, birini günahlandırmaq üçün irəli uzatdığın əlinin 3 barmağının səni göstərdiyini unutma! Həmin o üç barmaq siz insanları göstərir...

- Siz Nitşeni tanıyırsız?

- Bəli, niyə tanımayım? Sağ olsunlar, məni darıxmağa qoymurlar, arada gəlib qapağımdan içəri kitablar atırlar. Dostoyevski, Çexov, Markes, Sartr - hamısı yaxın dostumdur. 

- Nə maraqlı dostlarınız var...

- İcra Hakimiyyətinin təmizlik işçiləri də dostlarımdır. Düzdür, arada yadlarından çıxıram, amma bacardıqca gəlib qayğıma qalırlar. Zibil maşını məni övladını qucağına alan ata kimi qaldırıb içimdəki zibilləri boşaldır. İşçilər isə yan-yörəmdəki zibilləri təmizləyir, insanların Allaha naxoş gedər deyə içimə atmağa qorxub sellofanda daşın üstünə qoyduqları çörəkləri yığışdırırlar. Bəzən də o çörəkləri kimsə götürür, isladıb toyuqlarına verir. Ümumiyyətlə, siz qafqazlılar çörəyi çox sevirsiniz, hətta onu müqəddəsləşdirir, yerdə görəndə öpüb alnınıza qoyursunuz. Bilirsən niyə?

- Axı, onu bizə Allah göndərib, müqəddəsdir...

- Avakadonu Allah göndərməyib? Bəs onu niyə öpüb alnına qoymursan? Deyirəm, dəhşət adamsan. Siz kasıb xalqlar olmusunuz, bir tikə ətlə 3 əlçim çörəyi yemisiniz ki, mədənizdə yer tutsun. Yeri gəlmişkən, mövsümüdür, qarpız, pendir, çörəklə naharı yola verirsiniz. Varlıların süfrəsinə bax, gör orada çörək görəcəksən? Görsən belə, 1-2 dilim, simvolik. O da çox vaxt çörək yox, xlebsi, qarabaşaq krakerləri və sair olur. Və onlar heç vaxt, tutalım, xlebsini müqəddəs hesab etmirlər. Sənə bir şey deyim... (Qapağını azca aralayıb pıçıldayır) xlebsi müqəddəsliyini itirmiş çörəkdir!

- Burada sakinləri sizdən yaxşı tanıyan yoxdur. Maraqlı nə müşahidə etmisiniz?

- Elədir, hamını tanıyıram. Qarşı binanın ikinci mərtəbəsində "şəkər xala" yaşayır. Şəkərli diabet xəstəsidir. Adını bilmirəm, ona görə "şəkər xala" deyirəm. Hər gün atdığı zibil paketinin içində insulin şprisi, dietik konfetlər olur. Ondan bir mərtəbə yuxarıda "çəp Maqsud" qalır. Niyə çəp? Çünki hər dəfə əlinə keçən xırda-xuruş zibili bükmələyib pəncərədən mənə atmaq istəyir, amma heç vaxt düzgün nişan ala bilmir. Onun yanındakı eyvan "dimdik Təranənindir".

- "Dimdik Təranə"?

- Hə, nə var, siz mənə ağzınıza gələni deyə bilirsiz, mən yox? Bütün günü eyvanda qonşuları güdür. Kim zibil atmağa çıxsa, tez sellofana 1-2 xırda kağız-kuğuz yığıb guya zibil atmağa gəlir. Toyuq kimi zibili dimdikləyib qonşusunun nə atdığını, evində nə yeyib-içdiyinə baxır.

3-cü blok, birinci mərtəbədə "pajar Namiq" yaşayır. Allah vurmuşdu onu, hər dəfə söndürmədiyi siqaret kötüyünü mənə atır və yanğın çıxır. Arada gəlib üstümə elanlar da yapışdırırlar: "Televizor təmiri", "Kondisioner ustası", "Elektrik" və sair. Nə isə, bu cür ictimai avaragorluq edənlər çoxdur, nə mən danışım, nə sənin başın ağrısın...

- Belə baxıram ki, çoxlarının görmədiklərini görürsünüz.

- Elədir. Yaxınlıqda yaşayanların hər sifətini görürəm. Eləsi olur ki, cırıq şortda gəlir. Onları da başa düşürəm. Axı, kim zibil atmağa gələndə Skarlet Yohanssonla qarşılaşacağını düşünər ki.

- Onu da tanıyırsınız, demək...

- Maqazin dərgisində görmüşəm şəklini. Üzünə də noxud yapışmışdı. Olsun, yenə də gözəl idi...

- Heç paxıllıq etdiyiniz əşya olub?

- Bəli. Əlfəcin. Mənə gələn hər hekayə bitir. O isə həmişə davam edənlərin arasında yaşayır.

- Siyasi görüşünüz nədir?

- Mahiyyətim etibarilə solçuyam. Hər kəsin zibilinə eyni yanaşıram. Öz aramızdır, fərqi yoxdur axı, varlının da, kasıbın da, vəzifəlinin də, kafel-metlax ustasının da zibili eyni iyi verir! Babam danışırdı ki, o vaxt Sovet hökuməti dağılanda camaat evində-rəfində nə qədər Marksın, Engelsin kitabları varsa gətirib onların qapağından içəri ötürürdülər. Bunun da bizə təsiri az olmayıb. 

- Qarnını doyurduqlarınız da az deyil...

- Pişiklər, itlər, quşlar və adamlar. Öz boğazımdan kəsib ən qəşəng tikələrimi onlara verirəm. Keçən gün iki "alkaş" içimdən tapdığı toyuq qanadı üstündə dalaşırdı. O deyir, birinci mən gördüm, bu deyir, birinci mən gördüm. Sonra barışdılar. Hələ o biri deyir ki, Ağ Şəhər tərəfdəki zibil qablarında bilirsən nələr olur? Kolbasa, zeytun... - elə şeylər çıxır ki, adam 50 qəpiklik tibbi spirtin yanında "zakuska" etməyə lap xəcalət çəkir.

- Sizə atılan bütün zibillərlə maraqlanır, hamısına baxırsınız?

- Bəs nə? Məsələn, mənə atılan bütün dərman qutularındakı onun farmakoloji xüsusiyyətlərinə qədər öyrənirəm. Ona görə də, tibbi biliyim bəzi həkimlərdən daha çoxdur. 

- Sizə ən çox təsir edən zibil hansı olub?

- Əvvəl təzə gül buketlərinə pis olurdum, amma indi öyrəşmişəm. Bilirsən, bəzən elə şeylər atılır ki, "zibil" deməyə ürəyim gəlmir. Ən ali, üsyankar siyasi şüarların, vədlərin yazıldığı plakatlardan tutmuş boşanma qərarının surətinə qədər hər şey görürəm.

- Oxuculara son sözünüz?

- Məni sevməyiniz vacib deyil, sadəcə nişan almağı öyrənin.

- Təşəkkür edirəm. Bu müsahibə mənim üçün vacibdir. İşə qəbul olunmağıma təsir edəcək. Ümid edirəm, danışdıqlarınız maraqlı olar, yoxsa bu müsahibəni gətirib elə özünüzə də qaytaracağam...

Rəhman Mirzəlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyul 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri