Icma.az
close
up
RU
Zibillikdə tapılan körpənin valideynləri həbs olundu Anadan dəhşətli etiraf

Zibillikdə tapılan körpənin valideynləri həbs olundu Anadan dəhşətli etiraf

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Muğla şəhərində 7 il əvvəl zibil konteynerində torba içində ölü tapılan körpə qız uşağının anası və atası həbs edilib.

Manset.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən ana Gülcan Dəniz (42) və hadisədən xəbəri olan ata İsmayıl Dəniz (43) həbs olunaraq ədliyyəyə göndəriliblər.

10 iyul 2018-ci il tarixində Muğla bölgəsinin Ortaca rayonunun Ekşiliyurt məhəlləsində vətəndaşlar zibil konteynerində torba içində körpə tapıblar. Hadisə yerinə təcili yardım və polis əməkdaşları göndərilib. Tibbi müayinələr nəticəsində körpənin doğuşdan dərhal sonra göbək bağının belə kəsilmədən zibil konteynerinə atıldığı və həyatını itirdiyi müəyyən olunub.

Muğla İl Təhlükəsizlik Müdirliyinin Cinayət Büro Komandirliyi 7 ildən sonra bu cinayəti yenidən araşdırmağa başlayıb. Respublika Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən araşdırmalarda polis, zibil qutusunda tapılan şokolad qablaşdırma paketini araşdırıb və kamera görüntülərindən şübhəlinin Gülcan Dəniz olduğunu müəyyən edib.

Gülcan Dəniz ifadəsində körpənin öz qızı olduğunu və ərinin ona davamlı işgəncə verdiyini, uşağı dünyaya gətirmək istəmədiyini bildirib. O, körpəni evin qonaq otağında dünyaya gətirdikdən sonra boynuna parça ilə düyün bağlayaraq, cəsədini torbaya qoyub zibil konteynerinə atdığını etiraf edib.

Polis əməliyyatları nəticəsində Gülcan Dəniz və əri İsmayıl Dəniz ədliyyəyə təhvil verilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 02 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri