Zidan 16 illik Fransa rekorduna imza atdı
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa millisi Millətlər Liqasının səfər oyununda Belçikanı 1:0 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, görüşdə yeganə qolu 88-ci dəqiqədə Maykl Olise vurub.
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Belçikaya qarşı matçda üç futbolçuya debüt şansı verib. Andy Diuf, Jeremi Jake və Lukas da Kunha ilk dəfə Fransa yığmasının əsas heyətində meydana çıxıblar.
Bu, 2010-cu ilin avqustundan sonra Fransa millisinin start heyətində ilk dəfə üç və ya daha çox debütantın yer almasıdır. Didye Deşamın 2012-2026-cı illərdə baş məşqçi olduğu dönəmdə isə belə hal qeydə alınmayıb.
Qeyd edək ki, Zidan 2026-cı il dünya çempionatından sonra, bu ilin iyulunda Deşamı əvəzləyərək Fransa millisinin baş məşqçisi təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 29 Sentyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















