Zidanın yeni iş yeri ilə bağlı iddia
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa millisində baş məşqçi vəzifəsi ilə bağlı diqqətçəkən iddia yayılıb.
QOL.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romanonun öz padkastında bildirdiyinə görə, “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan ilə Fransa Futbol Federasiyası arasında şifahi razılıq mövcuddur. Məlumata görə, o, 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi ola bilər.
Romano qeyd edib ki, indi bütün diqqət mundiala və komandanın hazırkı baş məşqçisi Didyr Deşamın işinə yönəlib, federasiya ona maksimum hörmət göstərir. Turnirdən sonra isə Zidanın məşqçilik fəaliyyətini bərpa edərək milli komandaya rəhbərlik edəcəyi gözlənilir.
Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2021-ci ilin iyununda “Real”Madriddən ayrıldıqdan sonra heç bir komandada çalışmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Fevral 2026 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















