Zimbabvenin sabiq prezidentinin oğlu CAR da həbs edildi FOTO
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zimbabvenin keçmiş prezidenti Robert Muqabenin oğlu Cənubi Afrika Respublikasında (CAR) bağbanı güllələməkdə şübhəli bilinərək həbs edilib.
Moderator.az-ın “News 24” nəşrinə istinadən xəbərinə görə, bu barədə CAR polisinin nümayəndəsi Dimakatso Nevuxulvi məlumat verib.
“Bellermin Muqabe Yohannesburqun şimalındakı Muqabe ailəsinin evində 23 yaşlı bağbanı güllələyərək yaraladığı üçün polis tərəfindən saxlanılıb. Axtarış aparılır və polis silahı axtarır”, - deyə o bildirib.
Şahidin sözlərinə görə, Bellermin əvvəlcə özünü otağa kilidləyib, lakin polislə danışıqlardan sonra hökumət orqanlarına təslim olub.
Qeyd edək ki, Robert Muqabe 1987-ci ildən 2017-ci ilə qədər Zimbabvenin prezidenti vəzifəsini tutub və parlament tərəfindən impiçment təhlükəsi altında istefa verib. Muqabe iki il sonra Sinqapur xəstəxanasında vəfat edib. Bellermin keçmiş dövlət başçısının kiçik oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 19 Fevral 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















