Icma.az
close
up
RU
Ziraat Bank Azərbaycan 2025 ci ilin 1 cü rübünü mənfəətlə başa vurdu

Ziraat Bank Azərbaycan 2025 ci ilin 1 cü rübünü mənfəətlə başa vurdu

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Ziraat Bank Azərbaycan" rəsmi saytında maliyyə göstəricilərinə dair hesabatlarını yayımlayıb. Hesabatlara əsasən Bank 2025-ci ilin ilk rübünü 3,6 mln manat xalis mənfəətlə başa vurub. 

"Unikal" xəbər verir ki, təqdim olunan məlumatlara əsasən Bankın  aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.4 % artaraq 909 mln manata yüksəlmişdir. 

Dərc edilmiş maliyyə hesabatlarına əsasən, bankın kredit portfeli ilin əvvəlindən 8.5%  artaraq 575 mln. manata çatmışdır. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Məhz biznes kreditlər üzrə ilin əvvəlindən artım 34 mln  manat  təşkil edib. 

Bankın depozit portfeli aktivlərin artımını dəstəkləmişdir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri 9.65 % artaraq 263 mln. manat təşkil etmişdir.  Bank tərəfindən ötən bir ildə ümumi cəlb edilən vəsait isə 25 % artaraq 761 milyon manata çatmışdır. 

Yayımlanan maliyyə hesabatlarına əsasən, 2025-ci ilin ilk rübündə Bankın faiz gəlirləri 7.5 mln manat, ümumi əməliyyat mənfəəti isə 6 mln. manat təşkil etmişdir. 

“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı, Quba şöbəsi ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri