Icma.az
close
up
RU
“Ziraat Bank Azərbaycan”da III rübün hesabatı ürəkaçan olmayıb

“Ziraat Bank Azərbaycan”da III rübün hesabatı ürəkaçan olmayıb

Icma.az bildirir, Tribuna portalına istinadən.

30 sentyabr 2025-ci il tarixində “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti III rüblük hesabatını açıqlayıb. Məlum olub ki, mənfəət və zərər hesabatı bankın fəaliyyətində müəyyən risklərin mövcud olduğunu göstərir.

Belə ki, ilin əvvəlindən hesabat tarixinədək bankın faiz gəlirləri 56,275 milyon manat olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə olunur (39,332 milyon manat). Əsas gəlir mənbəyi kreditlər üzrə faizlərdir – 43,364 milyon manat. Lakin faiz xərcləri sürətlə artaraq 24,856 milyon manata çatıb, xüsusilə depozitlər üzrə ödənilən faizlər 14,593 milyon manat təşkil edir. Bu göstərici xalis faiz gəlirinə təzyiq göstərib bankın maliyyə balansında gərginlik yarada bilər.

Qeyri-faiz gəlirləri 18,900 milyon manat səviyyəsindədir (keçən il 13,667 milyon manat). Qiymətli kağızların satışından yaranan zərər 276,6 milyon manat olub və bu göstərici keçən ilin 131,9 milyon manat zərərindən iki dəfə çoxdur. Bu, investisiya portfelində mövcud risklərin aydın göstəricisidir. Qeyri-faiz xərcləri isə 21,089 milyon manat təşkil edir, əsasən əmək haqqı və bank fəaliyyətində istifadə olunan əsas vəsaitlər üzrə xərclərin artması səbəbindən əməliyyat mənfəətinə təzyiq göstərir.

Əməliyyat mənfəəti 29,229 milyon manat təşkil etsə də, aktivlər üzrə ehtiyatlara ayırmalar 5,848 milyon manata çatıb. Banklararası tələblər üzrə ehtiyatlar 1,250 milyon manatdır. Bəzi investisiya və qiymətli kağızlar üzrə ehtiyatların mənfi göstəricilərə çevrilməsi bankın aktiv risklərinin mövcudluğunu açıq şəkildə göstərir. Müştərilərə kredit itkiləri üçün ayrılan ehtiyat 4,680 milyon manat olub, keçən ilin 9,345 milyon manatından aşağıdır. Bu isə kredit risklərinin azaldığını göstərsə də, digər aktiv riskləri ciddi olaraq qalır.

Vergilərdən əvvəl mənfəət 23,487 milyon manat, xalis mənfəət isə 18,362 milyon manat olub. Bankın elan olunmuş dividendləri isə 0 manat təşkil edib. Hesabat göstərir ki, artan faiz xərcləri, qiymətli kağız portfelindəki zərərlər və banklararası tələblər üzrə ehtiyatların yüksəlməsi bankın cari maliyyə risklərini ortaya qoyur.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 65,500,000 AZN-dir. ASC-nin qanuni təmsilçisi, idarə heyətinin sədri Selçuk Demirdir. Müşahidə Şurasının sədri isə Hüseyin Özuysaldır.

/32gün.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri