Icma.az
close
up
RU
“Ziraat Bank” Naxçıvanda

“Ziraat Bank” Naxçıvanda

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünən “Ziraat Bank Azərbaycan” ASC-nin Naxçıvan filialı istifadəyə verilib.  Mərasimdə dövlət və hökumət rəsmiləri, Türkiyə Cümhuriyyətinin muxtar respublikadakı baş konsulu, konsulluğun əməkdaşları, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya, “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Selçuk Demir və Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov Türkiyənin ən böyük banklarından olan “Ziraat Bank”ın Azərbaycanda 10-cu filialının Naxçıvanda istifadəyə verilməsini mühüm yenilik kimi dəyərləndiriblər. Çıxışlarda “Ziraat bank”ın Naxçıvan iqtisadiyyatının inkişafına töhfə verəcəyi və sahibkarlıq üçün yeni üfüqlərin açılacağı ifadə olunub.

Qeyd edilib ki, “Ziraat Bank Azərbaycan” 160 illik tarixi olan və dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat” Maliyyə Qrupunun üzvü kimi  geniş müxbir əlaqələrinə malikdir. Burada müştərilərə beynəlxalq ticarətdə istifadə edilən ən müasir bank məhsulları və xidmətləri təqdim edilir. Dünyanın ən qabaqcıl bankları ilə partnyor əlaqələri mövcud olan bank ölkəmizdə istehsalın hər sahəsində müştərilərə kredit və xüsusi faiz dərəcələri təklif edir. Filialda sahibkarlığın inkişafı, xüsusilə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə xüsusi şərtlərin təqdim ediləcəyi nəzərdə tutulur.

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə “Ziraat Bank Azərbaycan” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Selçuk Demir və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri Vüsal Novruzovun imzaladığı müqaviləyə əsasən tərəflər güzəştli kreditlərlə sahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına birgə dəstək olacaqlar.

Səbuhi HƏSƏNOV
 XQ

Naxçıvan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see981

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see447

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see349

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see268

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see256

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see254

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see246

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see235

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see225

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see191

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see180

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri