Icma.az
close
up
RU
“Zirə” 7 illik “Neftçi Arena” tilsimini qırdı

“Zirə” 7 illik “Neftçi Arena” tilsimini qırdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Neftçi (Bakı) – Zirə 2:4 (2:1)
93. Rza Cəfərov (k) – 4,5
10. Filip Ozobiç – 6,5
(11. Aleks Fernandes, 81) – qiymətsiz
3. Höccət Haqverdi – 5,0
19. Azər Salahlı – 4,5
7. Azər Əliyev – 5,0
(88. Andrey Ştoqrin, 81) – qiymətsiz
4. Elvin Camalov – 4,5
90. Ramil Şeydayev – 5,0
(22. Dembo Darbo, 68) – 5,0
91. Ağadadaş Salyanski – 5,5
(9. Bassala Sambu, 46) – 5,0
14. Edvin Kuç – 6,0
(6. Rafael Quzzo, 68) – 5,0
99. Ervin Koffi – 5,5
44. Yuri Matias – 5,0
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rüstəm Samiqullin
17. Rəhman Hacıyev
78. Elcan Əbilov
47. Murad Məmmədov
77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Filip Ozobiç
13. Aydın Bayramov – 5,5
7. Məqsəd İsayev – 5,0
(70. İssa Cibrila, 46) – 6,0
32. Qismət Alıyev (k) – 5,5
8. İsmayıl İbrahimli – 5,5
5. Stefan Aka – 5,5
4. Ruan Renato – 5,5
90. Davit Volkov – 6,0
(10. Georgi Papunaşvili, 66) – 5,5
30. Rikardo Martins – 5,0
(29. Ceyhun Nuriyev, 46) – 6,0
23. Rafael Utziq – 7,0
(15. Pyer Zebli, 82) – qiymətsiz
17. Ayron Qomis – 5,5
19. Salifu Suma – 5,5
(11. Rüstəm Əhmədzadə, 90) – qiymətsiz
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
14. Elçin Əlicanov
48. Ramiz Muradov
3. Ange Mutsinzi
18. Martins Junior
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Rafael Utziq
Qollar: F.Ozobiç, 9 (1:0, A.Salyanski). E.Kuç, 24 (2:0, E.Koffi). R.Utziq, 43-p. (2:1). D.Volkov, 61 (2:2, İ.Cibrila). R.Utziq, 75-p. (2:3). C.Nuriyev, 77 (2:4, G.Papunaşvili).
Vərəqələr: R.Renato, 44 (hakimin qərarına etiraz). Y.Matias, 45 (hakimin qərarına etiraz). A.Salahlı, 56 (qeyri-idman hərəkəti). S.Aka, 75 (qeyri-idman hərəkəti). A.Fernandes, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Rahil Ramazanov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Kifayət Mustafayeva (Bakı).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
13 aprel. Bakı. “Neftçi Arena”. 1731 tamaşaçı (11000 yerlik).
Oyunun qiyməti: 7,0.
Təbii ki, paytaxt derbisinin favoriti “Zirə” idi. Qəsəbə təmsilçisi uğurlu mövsüm sayəsində həm 2-ci pillədəki mövqeyini xeyli möhkəmləndirib, həm də heç bir rəqiblə matçda aciz görünməyib. Bu baxımdan istədiyi nəticələri əldə etməkdə çətinlik çəkən “Neftçi”nin nəinki qələbə qazanacağına, bir xala yiyələnmək şansının varlığına belə inananların sayı çox deyildi.

İş ondadı ki, “qartallar” “Neftçi Arena”dakı sonuncu qələbəsini (2:1 – red.) 2017-ci ilin sentyabrında qazanmışdı. Yəni heç də bütün məqamlar qonaqların xeyrinə deyildi. Buna baxmayaraq, turun ən məhsuldar və dramatik matçını izləyəcəyimizi düşünmürdük. Bizi həm qısa vaxtda iki qolluq üstünlük yaxalayan “Neftçi” təəccübləndirdi, həm də ardıcıl dörd dəfə fərqlənməklə inanılmaz geridönüş edən “Zirə”. Baxmayaraq ki, “ağ-qaralar” 1-ci hissədə ələ düşən ilk iki fürsətdən maksimum yararlandı. 9-cu dəqiqədə Qomislə təkbətək mübarizədən qalib ayrılan Ağadadaş bir qədər irəliləyib Ozobiçə ötürmə verdi. Sonuncunun topu aşırma zərbə ilə tora qovuşdurması hesabın erkən açılmasıyla nəticələndi. Meydan sahiblərinin 23-cü dəqiqədə vurduğu qolun müəllifi isə Kuç oldu. Monteneqrolu Koffinin uzaq məsafədən cərimə meydançasına göndərdiyi “kürə”ni başla “çərçivə”dən keçirdi. Hətta meydan sahibləri fərqi darmadağın həddinə də çatdıra bilərdi. Lakin Ağadadaş son anda Ruanla təkbətək mübarizədən məğlub ayrılmaqla komandasını üzdü. Bununla Renatonun əslində “günahını yuduğunu” demək olar. Ona görə ki, braziliyalı topu Aydına ötürmək istəyərkən səhvə yol vermiş, bu üzdən Ağadadaş üçün fürsət yaranmışdı. Hər halda, mərkəz müdafiəçisi vaxtında özünü çatdırıb təhlükənin qarşısını aldı.
“Zirə”nin ilk təhlükəli hücumunu 40-cı dəqiqədə izlədik. Amma Suma İsmayılın ötürməsini dəyərləndirə bilmədi. Bir qədər sonra “Neftçi”nin qapısına penalti təyin edildi. Ona görə ki, Azər cərimə meydançasına daxil olan Sumanı kobud müdaxiləylə yerə yıxdı. 43-cü dəqiqədə topun arxasına keçən Utziq komandasının fasiləyə vurulan qollardan birinin əvəzini çıxmaqla yollanmasına nail oldu.
“Qartallar” 2-ci hissəyə fırtına kimi başladı desək, yanılmarıq. Artıq 47-ci dəqiqədə Suma qapıya zərbə üçün fürsət qazandı ki, Rza özünü yaxşı tərəfdən göstərdi. Qvineyalının 51-ci dəqiqədəki cəhdinin qolla tamamlanmasına isə dirək mane oldu. Bir qədər sonra Sumanın növbəti dəfə bəxtini sınamasına şahidlik etdik ki, Rza yenə komandasının xilaskarına çevrildi. Hər halda, meydan sahiblərinin gücü qonaqların hesabı bərabərləşdirməsinə mane olmağa çatmadı. 61-ci dəqiqədə Suma İssanın cərimə meydançasının həndəvərinə çatdırdığı topu qəbul etdi və özünə qaytardı. Nigeriyalının qapıya paralel ötürməsini qarşılayan Volkov isə fərqlənməklə hadisələrin axarını dəyişməyə qadir olduqlarını göstərdi. O, 64-cü dəqiqədə başla da qol vura bilərdi. Amma Rza təhlükəni dəf etdi.
Bir qədər sonra “ağ-qaralar”ın qapısına ikinci penalti təyin edildi. Bu dəfə Elvinin Sumanın zərbəsindən sonra cərimə meydançasının daxilində əllə oynaması Rəşad Əhmədovun “nöqtə”ni göstərməsinə səbəb oldu. 75-ci dəqiqədə topun arxasına keçən Utziq komandasını hesabda önə çıxaran qolun müəllifi olmaqla yanaşı, dublunu rəsmiləşdirdi. “Zirə”nin növbəti dəfə fərqlənməsi də özünü çox gözlətmədi. 77-ci dəqiqədə Sumanın ötürməsini qəbul edən Papunaşvili topu Ceyhuna çatdırdı ki, sonuncu fərqi artırdı.
Beləliklə, Rəşad Sadıqovun 2-ci hissədə meydana buraxdığı daha iki futbolçu baş məşqçinin vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkmədiyini sübut etdi. Bu ərəfədə “Neftçi”nin çarəsiz çırpıntılarını izlədik. Nə futbolçular, nə də Samir Abasov bacardı… “Ağ-qaralar” yalnız 90+3-cü dəqiqədə tutarlı hücum cəhdiylə yadda qaldı ki, Ştoqrin Sambunun ötürdüyü topu yiyələnəndən sonra Aydının kritik müdaxiləsinə tuş gəldi. Nəticədə “Zirə” 7 illik həsrətdən sonra “Neftçi Arena”dan qalib ayrıldı. “Sabah”dan sonra “Neftçi”nin də premyer-liqa yoluyla avrokuboklara yollanmaq ehtimalının əldən çıxdığını düşünmək olar.
Gözdən qaçmadı
* Samir Abasov 45-ci dəqiqədə hakimin qərarına etriaz etdiyinə görə sarı vərəqə aldı.
* “Forza Neftçi” və “Qartallar” fanklubları tribunalarda idi. “Zirə”nin azarkeşləri yalnız komandalarının üçüncü qolundan sonra dəstək şüarlarıyla çıxış etdi.
* “Zirə”nin qazandığı penaltiləri Utziq yerinə yetirdi. Görünür, Rəşad Sadıqov 29-cu turda “Qarabağ”la matçın 90+9-cu dəqiqəsində penaltini qola çevirə bilməyən Qismət Alıyevi cəzalandırıb.
* “Neftçi”nin Media üzrə əlaqələndiricisi Rüstəm Əfsərli oyunsonrası mətbuat konfransını açıq elan edərkən jurnalistlərdən “Sabah”ın məlum bəyanatı və Samir Abasovla Elvin Camalov haqda iddialar barədə sual verməməsini xahiş etdi. Klubun lazım gəldiyi təqdirdə bu yöndə açıqlama verəcəyini bildirdi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri