Zirə çox yaxşı oyun sərgilədi Dirk Şuster
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Zirə" "Torpedo" ilə oyunda çox yaxşı oyun sərgiləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın "Torpedo" futbol komandasının baş məşqçisi Dirk Şuster mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis Sumqayıtda "Zirə"yə uduzduqları (0:3) UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Rəqib çox güclüdür. Öz oyunumuzu göstərə bilmədik. 30 dəqiqədən sonra matça nəzarəti itirdik. Ən azı bir top buraxacağımızı düşünürdük. Favorit komanda qalib gəldi. Üçüncü qoldan sonra ruhdan düşdük. Bir qol da vura bilmədik. Futbolda hər nəticə qeydə alına bilər".
O, görüşün sonunda mübarizə apardıqlarını söyləyib:
"Biz çətin oyundan sonra Azərbaycana gəlmişdik. Futbolçularda yorğunluq da var idi. Bir həftə sonra cavab qarşılaşması olacaq. Başqa oyun sərgiləməyə çalışacağıq. Üç qol vurmaq çox çətin olacaq. Amma əlimizdən gələni edəcəyik. Futbolda hər nəticə qeydə alına bilər".
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 08 İyul 2026 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















