Icma.az
close
up
RU
“Zirə” darmadağın etdi, Ayxan Abbasov izlədi

“Zirə” darmadağın etdi, Ayxan Abbasov izlədi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zirə - Şamaxı 3:0 (0:0)
13. Aydın Bayramov – 5,5
7. Məqsəd İsayev – 5,0
(70. İssa Cibrila, 54) – 5,5
32. Qismət Alıyev (k) – 6,0
8. İsmayıl İbrahimli – 5,5
(21. Hacıağa Hacılı, 71) – 5,0
5. Stefan Aka – 5,0
(14. Elçin Əlicanov, 54) – 5,0
4. Ruan Renato – 6,5
90. Davit Volkov – 6,0
10. Giorgi Papunaşvili – 5,5
(29. Ceyhun Nuriyev, 78) – qiymətsiz
23. Rafael Utziq – 6,5
(18. Junior Martins, 78) – qiymətsiz
17. Ayron Qomis – 5,5
19. Salifu Suma – 7,0
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
11. Rüstəm Əhmədzadə
30. Rikardo Martins
3. Ange Mutsinzi
15. Pyer Zebli
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Salifu Suma
1. Rikardo Fernandes – 6,0
17. Rafael Məhərrəmli – 5,0
(5. Arsen Ağcabəyov, 79) – qiymətsiz
18. Cəlal Hüseynov – 5,0
82. Rüfət Abbasov – 5,0
(14. Vüsal Məsimov, 79) – qiymətsiz
24. Edqar Adilxanov – 5,0
(60. Səbayıl Bağırov, 79) – qiymətsiz
32. Vasiliye Radenoviç – 5,0
20. Leroy Mikels (k) – 5,0
(23. Murad Vəliyev, 51) – 5,0
30. Andrey Tırkovyanu – 5,5
3. Vladislav Veremeyev – 4,5
(6. Rauf Rüstəmli, 30) – 5,0
66. Vasiliye Bakiç – 5,0
33. Alfons Msanqa – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
19. Fəxri Məmmədli
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Rikardo Fernandes
Qollar: R.Utziq, 53 (1:0, S.Suma). R.Renato, 71 (2:0, Q.Aliyev). S.Suma, 90+3 (3:0, D.Volkov).
Vərəqələr: R.Utziq, 28 (qeyri-idman hərəkəti). R.Renato, 68 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
30 mart. Zirə. İdman Kompleksinin stadionu. 800 tamaşaçı (1256 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Son 13 matçda yalnız bir dəfə uduzan “Zirə”nin ikinci pillədəki yerini möhkəmləndirmək üçün “Şamaxı”ya aman verməyəcəyi bəlli idi. Özü də “şirlər” bu oyuna Ayxan Abbasovun U-21 millmizin yoldaşlıq oyunlarına görə Türkiyəyə yollanması səbəbindən köməkçi məşqçilərin rəhbərliyi altında hazırlaşmışdı.
Qısası, premyer-liqada qalmaq uğrunda mübarizədə yetərincə şanslı görünən, hətta demək olar ki, hədəfinə çatan “Şamaxı”nın səfərdən xalla qayıtmaq ehtimalı onsuz da az idi. Sadəcə, qonaqlar mövsümdə ən zəif oyunlarından birini keçirməklə bu şansı lap kökündən baltaladı. Hətta start fitini duyan kimi irəli atılan meydan sahibləri 3-cü dəqiqədə hesabı aça bilərdi. Lakin top Papunaşvilinin qeyri-dəqiq zərbəsi üzündən ünvana çatmadı. Bir qədər sonra başla fərqlənmək istəyən Renato da komanda yoldaşı kimi uğursuzluğa düçar oldu. “Şamaxı”nın rəqibə çətin anlar yaşatdığı ilk epizod isə 34-cü dəqiqədə qeydə alındı. Tırkovyanu uzaq məsafədən qol müəllifi olmaq istəsə də, top qapıdan aralı keçdi. Ardınca hücuma keçən meydan sahibləri İsmayılın qüvvətli zərbəsiylə Fernandes üçün təhlükə yaratsa da, təcrübəli qapıçını yenə bilmədi. Birinci hissənin qalan dəqiqələrində Suma və Volkov da portuqaliyalı qolkiperlə təkbətək mübarizədən məğlub ayrılanlar sırasına qoşuldu.
“Zirə”nin 2-ci yarıya fırtına kimi başladığını desək, yanılmarıq. Ciddi təzyiq göstərən “qartallar” 53-cü dəqiqədə Utziqin sayəsində hesabı açdı. Fərqi artırmaq üçün kəskin hücumları davam etdirən “qartallar” azusuna 71-ci dəqiqədə  çatdı. Ruan Qismətin künc zərbəsindən cərimə meydançasına göndərdiyi topu başla tora qovuşdurmaqla komandasını sevindirdi. “Şamaxı”nın inamsız oyunundan ilhamlanan meydan sahibləri 79-cu dəqiqədə daha bir qol vura bilərdi ki, Suma qeyri-dəqiq zərbə üzündən fürsəti boşa verdi. Hər halda, qvineyalı meydanı qolsuz tərk etmədi. O, 90+3-cü dəqiqədə Volkovun ötürməsini dəyərləndirməklə fərqi darmadağın həddinə çatdırdı.
Beləliklə, “Zirə” meydanı xoşbəxt tərk etdi. Əslində “Şamaxı” da nigaran olmaya bilər. Axı “Kəpəz” – “Səbail” matçında qalib müəyyənləşməyib...
Gözdən qaçmadı 
* Volkov “Zirə”nin ilk qolunu özünün vurduğunu zənn etdiyindən qol sevincini nümayiş etdirdi. Lakin Utziqin ondan əvvəl endirdiyi zərbə zamanı top qapı xəttini keçmişdi.
* Ayxan Abbasov sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumda idi. Matçı tribunadan izləyən mütəxəssis ikinci hissədə xeyli qəzəbli görünürdü. O, dəfələrlə futbolçularının oyununa etirazını bildirdi.
* “Qartallar” fanklubu tribunadakı yerini almışdı. “Şamaxı”nı isə təxminən 15 azarkeş dəstəkləyirdi. Onlar səfərə sevimli komandalarının forma və bayraqlarıyla gəlmişdi.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri