Icma.az
close
up
RU
“Zirə” “dördlük”də qaldı, “Səbail” zirzəmidə

“Zirə” “dördlük”də qaldı, “Səbail” zirzəmidə

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səbail – Zirə 0:1 (0:0)
1. Hüseynəli Quliyev – 5,5
74. Yusif Nəbiyev (k) – 4,5
(15. Vüsal Məsimov, 25) – 5,0
77. Fərid Nəbiyev – 5,0
(7. Madi Queta, 79) – qiymətsiz
18. Süleyman Əhmədov – 5,0
20. Mərt Çəlik – 5,0
11. Rüfət Abdullazadə – 5,0
83. Nihad Quliyev – 5,0
19. Samir Abdullayev – 5,0
(97. Oruc Məmmədov, 64) – 4,5
8. Qorka Laruçça – 5,0
3. Dmitro Litvin – 5,0
14. Suleyman Alluş – 5,0
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
17. Gülağa Əsədov
16. Emin Rüstəmov
36. Azad Əsgərov
5. Gitay Sofir
Baş məşqçi: Cavid Hüseynov
Komandanın ən yaxşısı: Hüseynəli Quliyev
13. Aydın Bayramov – 5,5
21. Hacıağa Hacılı – 5,5
(24. Yusuf Laval, 68) – 5,5
8. İsmayıl İbrahimli – 5,0
(29. Ceyhun Nuriyev, 59) – 5,0
14. Elçin Əlicanov – 6,0
4. Ruan Renato (k) – 5,5
90. Davit Volkov – 5,5
10. Georgi Papunaşvili – 6,5
70. İssa Cibrila – 5,5
(16. Fuad Bayramov, 59) – 5,0
23. Rafael Utziq – 5,5
(3. Ange Mutsinzi, 68) – 5,0
17. Ayron Qomis – 5,5
19. Salifu Suma – 5,5
(15. Pyer Zebli, 79) – qiymətsiz
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
7. Məqsəd İsayev
22. İldar Alekperov
5. Stefan Aka
28. Abbas İbrahim
18. Junior Martins
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Georgi Papunaşvili
Qol: G.Papunaşvili, 77 (E.Əlicanov).
Vərəqə: İ.İbrahimli, 43 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
21 dekabr. Bakı. “ASCO Arena”. 200 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Ceyranbatandan Bayıla yollanmaq üçün mənə 3 saat vaxt lazım oldu. Paytaxt sakinləri yaxşı bilir ki, Bakı – Sumqayıt şossesinin hər iki istiqamətində və 20 yanvar dairəsindən digər kənd və qəsəbələrə gedən yollarda tıxac problemi davam edir, xüsusilə günortadan sonra avtomobillərin sayı pik həddə çatır. Amma səmimiyətimə inanın ki, canım həmin tıxacda bir qədər bəhs edəcəyim oyundakı qədər sıxılmadı.
Məni nə ölkəmizi avrokuboklarda təmsil etmək uğrunda mübarizə aparan “Zirə” məmnun etdi, nə də premyer-liqanı tərk etmək təhlükəsiylə üz-üzə qalan “Səbail”. Halbuki komandaların mövqeyini nəzərə alsaq, daha baxımlı matç izləyəcəyimə ümid etməyə dəyərdi. Meydanda azı paytaxt derbisinə yaraşan performans sərgilənəcəyini düşünürdüm ki, ilk təhlükəli epizoda şahidlik etmək üçün 30 dəqiqə gözləməli oldum. Nəhayət, yarım saatın tamamına saniyələr qalmış Papunaşvili cərimə zərbəsindən birbaşa qapını nişan aldı. O başqa məsələ ki, gürcü Vüsalın müdaxiləsinə tuş gəldiyindən komandasını sevindirə bilmədi.
Bir qədər sonra Suma Hacıağanın dəqiq ötürməsi sayəsində topu cərimə meydançasına çatdırdı. Burda İssa qeyri-dəqiq zərbə ilə yadda qaldı. Ardınca Papunaşvili eyni uğursuzluğu təkrarladı. Daha doğrusu, fərqlənmək imkanını əldən verdi. Belədə o, İssanın məhsuldar ötürmə müəllifi olmaq şansını da puç etdi. 42-ci dəqiqədə isə Sumanın tora qovuşdurmaq istədiyi top dirəkdən qayıtdı. Hər halda, ikinci hissədə daha kombinasiyalı hücum cəhdlərinin şahidi olduq. Xüsusilə “Zirə” fərqlənməyə çalışırdı ki, ilk “dördlük”dəki yerini möhkəmləndirsin. Düzdü, qalan dəqiqələr ərzində “Səbail” də bəxtini sınadı. Lakin 66-cı dəqiqədə Aydın Fəridin zərbəsini zərərsizləşdirməkdə çətinlik çəkmədi. Qonaqların hesabı açdığı hücum isə 76-cı dəqiqədə təsadüf etdi. Burda Qomisin sağ cinaha göndərdiyi topu qəbul edib cərimə meydançasına ötürmə edən Elçin Papunaşvilinin qol vurmasında pay sahibi oldu.
Bir qədər sonra Laval reydini Ceyhunə ötürmə verməklə tamamladı ki, Nuriyev hədəfdən yayındı. “Dənizçilər” 90+1-ci dəqiqədə hesabı bərabərləşdirməyə yaxın olsa da, top Laruççanın zərbəsindən sonra tirin üstündən keçdi. Beləliklə, “Zirə”nin məğlubiyyətsizlik seriyası 4, “Səbail”in qələbə həsrəti isə 9 oyuna çatdı. Hər halda, “qartallar” məqsədinə nail oldu. Qış fasiləsinə sonuncu pillədə yollanan “dənizçilər”i isə heç şübhəsiz, daha çətin günlər gözləyir.
Gözdən qaçmadı
* “Qartallar” və “Dənizçilər” fanklubları tribunalarda idi.
* Rəşad Sadıqov oyunda tez-tez fasilənin yaranması səbəbindən dördüncü hakim Elvin Bayramova sərt şəkildə etiraz etdi. O, “Səbail”in futbolçularının qəsdən vaxt apardığını düşündüyündən qəzəblənmişdi.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see413

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see303

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see293

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see270

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see268

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see262

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see260

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see243

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see222

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see220

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see217

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see213

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see211

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see208

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see201

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see200

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see194

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see194

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see191

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri