Icma.az
close
up
RU
“Zirə” ilə yolu kəsişən Saxi Masazırda fit çalacaq

“Zirə” ilə yolu kəsişən Saxi Masazırda fit çalacaq

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Söhbət yetərincə vacib, gərgin və qarşılıqlı hücumlar şəraitində keçəcəyi gözlənilən matçdan gedirsə, ədalət təmsilçisinin də roluna nəzər salmaq önəmlidi. Hər halda, indiyə qədər xeyli təmsilçimiz qərəzli qərarların, diqqətsizlikdən edilən səhvlərin və təcrübəsizliyin doğurduğu fəsadların qurbanı olub.

Bəs “Sabah” – “Selye” matçının baş hakimi Daniyar Saxidən nə gözləyə bilərik? Bu sualın dəqiq cavabı üçün qazaxıstanlı referini yaxından tanımağa çalışaq.
Daniyar Saxi... 34 yaşlı ədalət təmsilçisi karyerasının ilk rəsmi matçını 2015-ci ildə Qazaxıstanın 1-ci liqasında idarə edib. Onun sürətlə yüksələn “fit sahibləri”ndən biri olduğunu vurğulamaqda fayda var. Çünki qısa müddətdə Qazaxıstan premyer-liqasına təyinatlar almağa başlayan hakim 2017-ci ildə FİFA referisi statusuna yiyələnib. Saxi indiyə qədər Qazaxıstanda 85 premyer-liqa, 16 kubok, 2 superkubok matçını idarə edib. Elitada meydana çıxdığı görüşlərdə 290 sarı, 14 qırmızı vərəqə göstərib.
Bununla yanaşı, 17, 19, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində, Gənclər Liqasında, Avropa Liqasının təsnifat, Konfrans Liqasının isə həm təsnifat, həm də əsas mərhələsində şans qazanıb. Referiyə Millətlər Liqasında və beynəlxalq yoldaşlıq oyunlarında da güvənilsə də, Çempionlar Liqasının təsnifat mərhələsində belə çıxış etməyib. AL-nin təsnifat mərhələsində keçirdiyi qarşılaşmaların sayı isə 3-dü. Odu ki, Saxinin avrokuboklarda zəngin təcrübəyə malik olduğunu deyə bilmərik.
Diqqəti çəkən məqamlardan biri də referinin bizə tanış sima olmasıdı. Çünki o, dəfələrlə təmsilçilərimizin matçlarına təyinat alıb.
Ümumiyyətlə, Saxinin avrokuboklarda baş hakim kimi meydana çıxdığı ilk matç Avropa Liqasının 2017/18 mövsümünün 1-ci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Zirə” – “Differdanj” (Lüksemburq) oyunu olub. “Qartallar” bu qarşılaşmada 2:0 hesablı qələbə qazanıb, hakim hər komandaya bir sarı vərəqə göstərib. Daniyarin ölkəmizlə bağlı növbəti təyinatı Gənclər Liqasının Çempionlar yolunda 2-ci mərhələnin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” - “Herta” (Almaniya) matçıdı. Bu görüşdə “qırmızı-qaralar” 1:3 hesabıyla uduzub. Saxi bizimkilərə 1, rəqibə 2 sarı vərəqə göstərib. O, həmçinin, 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Almaniya (0:7) oyununda iş başında olub və göründüyü kimi, bizimkilərin biabırçı məğlubiyyətinə şahidlik edib. Düzü, buna görə “fit sahibi”nə bəduğur demək insafsızlıq olar. Ona görə ki, yığma mübarizə apardığı qrupda həmin matça qədər meydana çıxdığı ilk üç oyunda da uduzduğuna görə qrup sonuncusu olmuş, Almaniyanın meydanında keçirilən ilk qarşılaşmada 1:6 hesabıyla uduzmuşdu. Saxi almanlarla matçda bizimkilərə 2, rəqibə 1 sarı vərəqə göstərib.
Maraq üçün qeyd edək ki, Daniyar Avropa Liqasının 2016/17 mövsümündə 1-ci təsnifat mərhələsinin ilk oyunlarından “Kəpəz” – “Daçiya” (Moldova) matçında dördüncü hakim olub. Oyunda hesab açılmayıb.
Ümumiyyətlə, Saxi karyerası ərzində 150 matçda ədaləti təmsil edib. O, həmin qarşılaşmalarda 457 sarı, 15 qırmızı vərəqə göstərib. Bu statistika referinin yetərincə səbrli və mərhəmətli olmasının ifadəsidi. Göründüyü kimi, “fit sahibi” hər oyunda orta hesabla cəmi 3 sarı vərəqə üçün əlini cibinə atırsa, 10 matçdan bir “qırmızı”dan istifadə edir. Hər halda, Daniyarın avrokuboklarda çıxış edən komandalarımız üçün düşərli olduğu göz önündədi.
İndi əsas məsələ ənənənin pozulmamasıdı. Yəqin ki, ədalət təmsilçisi “Zirə” ilə çıxdığı yol üçün “vəfa borcu”nu ödəyər...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyul 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri