Zirə nin futbolçusu Çempionşip komandalarının diqqət mərkəzindədir
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Zirə"nin futbolçusu Salifu Suma yay transfer dönəmində klubdan ayrılmaq istəyir. Sport24.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı vinger növbəti mövsümdən yeni çağırış axtarışındadır.
Qvineyadan olan oyunçunu ona gələn təklifləri dəyərləndirmək niyyətindədir.
Bolqarıstan təmsilçisi "CSKA Sofiya" da onunla ciddi şəkildə maraqlanır. Bundan əlavə, afrikalı futbolçu İngiltərədə Çempionşip komandalarının da diqqət mərkəzindədir.
Qeyd edək ki, daha əvvəl Ukraynada Kiyev "Dinamo"su və LNZ-nin, Türkiyədə "Beşiktaş"la "Fənərbağça"nın, həmçinin, Fransada "Qrenobl" ilə "Monako"nun Salifu Sumanı yaxından izlədiyini yazmışdıq. Onun "Zirə" ilə 2027-ci ilin yayınadək müqaviləsi var. Vinger 2023-cü ilin yayında 100 min avro qarşılığında Fransanın "Havr" komandasından transfer olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















