Zirə nin qapıçısı: Kiməsə qarşı qəsd qərəzimiz yoxdur
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Oyuna nəzarət edən tərəf biz idik. 2 penalti oldu və rəqib onları qola çevirdi. Bəxt bu qarşılaşmada bizdən yana deyildi". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin qapıçısı Aydın Bayramov deyib.
Qolkiper "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
"Ümumiyyətlə hər iki matçda çoxlu hücumlarımız oldu. Bunlardan istifadə edə bilmədik. Hərdən futbolda belə oyunlar olur".
Bayramov "çempionatda bu rəqibi üstələyərək məğlubiyyətin əvəzini çıxmaq istəyərsinizmi" sualını bu cür cavablandırıb:
"Xeyr. Kiməsə qarşı qəsd-qərəzimiz yoxdur. Sadəcə, öz işimizi görməliyik. Matçlara köklənib sonda avrokubok zonasında olmağı hədəfləmişik.
O, Premyer Liqanın növbəti turunda "Turan Tovuz"a qarşı keçirəcəkləri görüşə də toxunub:
"Ağır səfər qarşılaşmasına çıxacağıq. Həm yol, həm azarkeş, həm də meydan amili bizə qarşı olacaq. Amma futbolun gözəl tərəfləri bunlardır. Turnir cədvəli baxımından çox əhəmiyyətli matçdır. Bu səbəbdən maksimum konsentrasiya ilə bu oyuna hazırlaşırıq".
Baxış sayı:110
Bu xəbər 02 Mart 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















