Zirə nin rəqibi Lokomotiv in kapitanına göz qoydu o, həm də yığma üzvüdü
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Hayduk" heyətini gücləndirmək niyyətindədi.
Xorvatiya təmsilçisi bu məqsədlə Zaqreb "Lokomotiv"inin kapitanı Fran Karaçiçlə danışıqlara başlayıb. Bu barədə məlumatı italiyalı insayder Lorentso Lepore yayıb.
Onun iddiasına görə, "dəniz ustaları" 29 yaşlı sağ cinah müdafiəçisini rənglərinə bağlamaq üçün bütün qüvvəsini səfərbər edib.
Maraq üçün qeyd edək ki, Karaçiç karyerası ərzində İtaliyanın "Breşiya", Xorvatiyanın "Dinamo" (Zaqreb), "Rudeş" və "Lukko" klublarının da formasını geyib. "Transfermarkt"da futbolçunun dəyəri 750 min avrodu. O, Avstraliya yığmasının üzvüdü. Futbolçunun klubuyla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdi. Bu o deməkdi ki, Split təmsilçisi Karaçiç üçün xərcə düşməyə hazırdı.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 07 İyul 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















