Zirə Sumqayıta qalib gəldi
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, "Zirə" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Görüş ev sahibi komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ilk oyununda "Kəpəz" səfərdə "Şamaxı"ya minimal hesabla qalib gəlib - 1:0.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Sabah" isə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Tura dekabrın 1-də yekun vurulacaq.

