“Zirə” “Sumqayıt”ı darmadağın edib
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının XV turu çərçivəsində “Zirə” “Sumqayıt”ı qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hakim Rəşad Əhmədovun idarə etdiyi matç Zirə İdman Kompleksinin stadionunda baş tutub.
Oyunda hesab erkən açılıb: 8-ci dəqiqədə David Volkovi ev sahiblərinin ilk qoluna imza atıb. 37-ci dəqiqədə isə “kimyaçılar” status-kvonu bərpa ediblər: Nikola Vuynoviç dəqiq olub.
Bununla belə, ikinci hissədə “qartallar” təşəbbüsü ələ keçirərək rəqibi üç dəfə məyus ediblər. 55-ci dəqiqədə “Zirə”nin gürcüstanlı futbolçusu Gorgi Papunaşvili komandasının ikinci qolunu vurub. 67 və 76-cı dəqiqələrdə isə Volkovi fərqlənərək oyunda son nöqtəni qoyub: “Zirə” – 4, “Sumqayıt” – 1.
Baxış sayı:95
Bu xəbər 30 Noyabr 2024 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















