Icma.az
close
up
RU
Zirə və Hayduk da oynamış hücumçu: Splitdəki stadionda çılğın ab hava olacaq MÜSAHİBƏ

Zirə və Hayduk da oynamış hücumçu: Splitdəki stadionda çılğın ab hava olacaq MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Zirə" və "Hayduk"(Split) klublarında oynamış Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib.

- "Haypers Quba"da oynadıqdan sonra hazırda nə işlə məşğulsan?

- Bakını gəzdim, həyatdan həzz almağa çalışıram. Düzünü desəm, artıq oynamaq istəmirəm. Məncə, bəsdir. Ancaq artıq Rusiyaya yollandım. Bakı üçün darıxacam, mütləq geri qayıdacam.

- Sabiq komandaların "Zirə" və "Hayduk" Konfrans Liqasının təsnifat mərhələsində üz-üzə gələcək. Bu püşkatma yəqin ki, sənin üçün də maraqlı oldu?

- Bəli, "Zirə"nin bəxtinə "Hayduk"un düşdüyünü gördüm. Rəşad Sadıqov yaxşı kollektiv yığıb. Üstəlik, əminəm ki, yeni transferlər də olacaq. "Hayduk" həmişə güclü komanda olub. Splitdəki stadionda çılğın ab-hava olacaq. Hər iki komandaya uğurlar arzulayıram. Təbii ki, "Zirə"yə azarkeşlik edəcəm. 

- "Zirə"nin "Hayduk"u turnirdən kənarlaşdırmaq şansı nə qədərdir?

- Futbolda hər kəsin şansı var. "Hayduk" asan rəqib deyil. Onların da keyfiyyətli futbolçuları var. "Zirə" üçün çətin olacaq. Amma hər şeyi düzgün etsələr, niyə də olmasın?

- "Hayduk" haqda hansı fikirdəsən? Bu klubda hazırda Marko Livaya, İvan Rakitiç kimi tanınmış futbolçular oynayır. Xorvatiyanın tarixi klubudur...

- Düzünü desəm, çoxdandır ki, "Hayduk"un matçlarına baxmıram. Bilirəm ki, onların baş məşqçisi Cennaro Qatuzo idi və İvan Rakitiç də komandaya cəlb edilmişdi. Üstəlik, onlarda güclü, keyfiyyətli yerli gənc futbolçular var. Ümumilikdə, “Zirə”yə güclü rəqib düşüb.

- "Zirə"nin "Hayduk"u keçməsi sənin üçün sürpriz sayılacaq?

- "Zirə" "Hayduk"u keçərsə, buna çox sevinərəm. "Zirə"yə uğurlar arzulayıram. Təki, onlar Azərbaycan xalqını sevindirsinlər.

- Split klubundakı dövrünü necə xatırlayırsan? Çox da oynamaq şansı qazanmamışdın...

- "Hayduk"a keçəndə, orada 3 məşqçi dəyişdirilmişdi. Hər birinin də futbola öz baxışı var idi. Təsəvvür edin, 3-cü məşqçi gələndə, mən oynamağa başladım. Amma bu da 2 oyundan artıq deyildi. Sonra həmin baş məşqçi getdi, 4-cü baş məşqçi gəldi. Bütün bunlar bir ayın içində baş vermişdi. Amma ümumilikdə, "Hayduk" kimi böyük klubda oynamaq şansım olduğu üçün şadam. Bütün bunlar Robert Prosineçkinin köməkliyi ilə baş vermişdi. Buna görə, ona təşəkkür edirəm və sağlamlıq arzulayıram. Hər zaman Prosineçkiyə minnətdar olacam.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 İyun 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri