“Zirə” və “Neftçi”ni 3 cü mərhələdə gözləyən Mümkün rəqiblər
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycanı “Zirə” və “Neftçi” təmsil edəcək.
QOL.az xəbər verir ki, Rəşad Sadıqovun komandası 1-ci mərhələdə Kutaisi “Torpedo”sunu hər iki oyunda 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib. “Zirə” bu mərhələdə Estoniyanın “Payde” klubu ilə qarşılaşacaq. İlk mərhələdən azad olan “Neftçi”nin rəqibi isə Belarusun Minsk “Dinamo”su olacaq.
UEFA təqvimində dəyişiklik edilməsə, oyunlar iyulun 23-də və 30-da keçiriləcək. Artıq iyulun 20-də Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. haqqin.az yazır ki, “Payde” – “Zirə” və “Neftçi” – “Dinamo” cütləri püşkatmada səpələnməmişlər sırasında yer alacaq.
Bu cütlərin qalibləri 3-cü mərhələdə aşağıdakı 20 cütün qalibi ilə qarşılaşa bilərlər:
“Braqa” (Portuqaliya) – “Jelezniçar” (Serbiya);
“Ayaks” (Niderland) – “Voyvodina” (Serbiya);
“Kopenhagen” (Danimarka) – “Polesye” (Ukrayna);
“Gent” (Belçika) – LNZ (Ukrayna);
“Rapid” (Avstriya) – “Santa-Koloma” (Andorra);
“Panatinaikos” (Yunanıstan) – “Pakş” (Macarıstan);
“Ludoqorets” (Bolqarıstan) – “Hapoel” (Təl-Əviv, İsrail);
FCSB (Rumıniya) – “Auda” (Latviya);
“Rakuv” (Polşa) – “Valletta” (Malta);
“Partizan” (Serbiya) – UNA Ştrassen (Lüksemburq);
“Luqano” (İsveçrə) – “Dukaqini” (Kosovo);
AEK (Kipr) – “Beytar” (İsrail);
“Başakşəhər” (Türkiyə) – “İnter” (Finlandiya);
“Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya);
HİK (Finlandiya) – “Kolreyn” (Şimali İrlandiya);
“Zrinski” (Bosniya və Herseqovina) – “Valür” (İslandiya);
RFS (Latviya) – “Vestri” (İslandiya);
“Brann” (Norveç) – “Universitatya Kluj” (Rumıniya);
“Jalgiris” (Litva) – “Dinamo”(Tbilisi, Gürcüstan);
“Şkendiya” (Şimali Makedoniya) – “Bravo” (Sloveniya).
Bundan başqa, “Zirə” və “Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək aşağıdakı cütlərin məğlubları ilə də üz-üzə gələ bilər:
“Makkabi” (Təl-Əviv, İsrail) – “Şerif” (Moldova);
PAOK (Yunanıstan) – Kiyev “Dinamo”su (Ukrayna);
“Midtyulland” (Danimarka) – “Beşiktaş” (Türkiyə);
“Ferensvaroş” (Macarıstan) – “Tvente” (Niderland).
Ənənəyə uyğun olaraq, püşk günü UEFA komandaları qruplara böləcək və hər klubun mümkün rəqiblərinin sayı azalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 İyul 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















