“Zirə” yeni futbolçu aldı “Sabah”da oynayırdı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Zirə” heyətinə yeni futbolçu cəlb edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Vinsent Tilli heyətinə qatıb. Luksemburqlu futbolçuyla 1+1 illik müqavilə bağlanılıb.
Bu, klubun yayda heyətinə qatdığı 5-ci oyunçu olub. "Zirə" bunadək Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradovu, eləcə də icarə qaydasında burada oynamış "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimlini də birdəfəlik transfer etmişdi.
Vinsent Tillə gəlincə, 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub. Luksemburq yığmasının da üzvü olan Till son olaraq Azərbaycanda “Sabah”da çıxış edib.
Bizi İnstaqramda izləmək üçün keçid et
Baxış sayı:85
Bu xəbər 08 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















