Icma.az
close
up
RU
Zirəddin özü haqda şok iddialardan danışdı MTN lə əlaqəsi olub?

Zirəddin özü haqda şok iddialardan danışdı MTN lə əlaqəsi olub?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

 

Keçmiş siyasi məhbus Asif Yusifli sabiq MTN polkovniki İlqar Əliyevlə bağlı maraqlı iddia irəli sürüb. Onun sözlərinə görə, 2015-ci ilin oktyabrında MTN-lə bağlı məlum əməliyyatdan sonra İlqar Əliyev həbs edilib. O, Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılıb. Təcridxanada olarkən həmin vaxt orda cəza çəkən Asif Yusifli ilə danışıb. Ona bəzi hadisələri söyləyib. O, Asif Yusufliyə ekstrasens Zirəddin Rzayevlə tanışlığından və ondan aldığı bəzi işarələrdən danışıb.

İlqar Əliyev  Asif Yusifliyə Zirəddin Rzayevlə Moskvada tanış oldğunu deyib. Bu tanışlıqdan sonra Z.Rzayev İ.Əliyevdən Beyləqandakı “Cərcis Peyğəmbər” ziyarətgahına gedib qurban kəsməsini təkidlə xahiş  edib. İlqar Əliyev bu xahişi yerinə yetirib. Bakıya qayıdarkən yolu səhv salıb, Ağcabədi istiqamətinə gedib. Sürücüyə deyib ki, bura qədər gəlmişkən Göyçaya gedib valideynləri ilə görüşmək istəyir. Təsadüfdən İlqarın qardaşı, bacısı da ata evinə gəlir. Bərabər valideynlərlə bir gün keçirirlər. Bakıya qayıtdıqdan 1 gün sonra isə anasının vəfat xəbərini eşidib. İlqar Əliyev bu hadisədən sonra Zirəddinlə əlaqə saxlayıb. Zirəddin ona bildirib ki, baş verənləri öncədən bilib, buna görə də İlqar Əliyevdən israrla ziyarətgaha getməsini istəyib. Guya ekstrasens MTN polkovnikinin Göyçaya ata evinə gedəcəyindən, anası ilə son dəfə görüşəcəyindən də öncədən xəbərdar olub.

MTN polkovniki İlqar Əliyev

İlqar Əliyev Asif Yusifləyə həbsindən bir neçə gün əvvəl Zirəddinin ona vacib söz demək istədiyini, lakin əlaqə yarada bilmədiyini söyləyib. İlqar Əliyev Z.Rzayevin ona bəlkə də həbs xəbərini vermək istədiyini bildirib. Lakin bir müddət sonra İlqar Əliyev həbsxanada ölüb. Onun intihar etdiyi deyilir. Keçmiş məhbus Asif Yusifli ehtimal edir ki, Z.Rzayev İlqar Əliyevə bəlkə də həbs yox, ölüm xəbəri vermək istəyirmiş.

Məsələ ilə bağlı Globalinfo.az Zirəddin Rzayevlə əlaqə saxlayıb.

O, İlqar Əliyevlə şəxsi tanışlığı olduğunu bildirib:

“Əminəm ki, təkcə İlqar Əliyevin yox, həbs olunan digər bu kimi şəxslərin telefonları alınıb və kimlərlə əlaqələri olub, hamısı araşdırılıb. İlqar Əliyev təkcə mənə yox, həkimlərə, bərbərə və s. müraciət edib. İndi o kimə salam veribsə, hamısını şərləmək lazımdır? Mən onun başına gələcəkləri öncədən xəbər vermişdim. Söylədiklərimin nəticələri göz qabağındadır. Bunu həmin şəxs videoda da təsdiq edir.

Şəxs iddia edir ki, guya məni MTN yetişdirib Rusiyaya göndərib və heç bir qeyri-adi görücülük qabiliyyətim yoxdur. Olsun, insanlar inanclarında sərbəstdirlər. Maraqlıdır ki, videoda danışan şəxs (Asif Yusiflini nəzərdə tutur-red.) tam əksini iddia edir. Yəni mənim görücülük qabiliyyətimdən və onun dəqiqliyindən danışır. Əgər məni MTN yetişdirib Rusiyaya göndəribsə, bir kəlməmlə Bakıdan Beyləqana gedərlərmi?”

Zirəddin Rzayev deyib ki, mütəmadi olaraq onu Rusiya xüsusi xidmət orqanları ilə ləkələyənlər məqsədlərinə çatmadıqları üçün bu yola da əl atıblar:

“Sanki mən Mixayloyam (gülür). Bu gün Azərbaycan mətbuatının ən böyük faciələrindən biri budur ki, mənbə göstərmədən “deyilənlərə görə”, “əldə etdiyimiz məlumatlara görə” deyib, nə istəsən yazıb-danışırlar. Mən sizin göndərdiyiniz videonu və o cümlədən mənə atılan böhtanları rəsmi şəkildə DTX-yə şikayət etsəm, həmin şəxslər nə cavab verəcəklər? Hansı sənədləri təqdim edəcəklər DTX-yə? Bunlar dövlət əhəmiyyətli iddialardır, əgər dediklərində haqlıdırlarsa, niyə bu məlumatları DTX-yə təqdim etmirlər? Hə, elə bütün düyünlərin açarı da məhz bu sualların arxasında gizlənib. DTX-nin bilmədiyi bu “MTN yetişdirib” iddiasını, görəsən, bunlar haradan bilirlər? Bəlkə elə onların özlərinin MTN-lə əlaqələri varmış? Qoy bu sualların cavabları ilə Dövlət Təhlükəsizliyi Xidməti maraqlansın”.

Z.Rzayev özü ilə bağlı məsələyə belə aydınlıq gətirib:

“Mən Azərbaycanda doğulmağımla, Böyük Səfəvi Dövləti kimi bir qədim tariximlə qürur duyan Azərbaycan oğluyam. Həmişə Heydər Əliyev kimi bir dahi ilə qürur duymuşam, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyirəm. Mən Şəmkirdə dünyaya göz açan qarabağlı balasıyam. Ağdam kimi bir əziz torpaqda babalarım hüzura qovuşublar. Əlbəttə ki, sorğu-sual günü hər qələm sahibi burada sübut etmədiklərini Haqq hüzurunda sübut etməli olacaqlar. Bu qədər!”

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri