Icma.az
close
up
RU
Zirədə “avrokubok döyüşü”, “Qarabağ” üçün son şans

Zirədə “avrokubok döyüşü”, “Qarabağ” üçün son şans

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında XXVIII tura start veriləcək. İlk gündə “Turan Tovuz” “Araz-Naxçıvan”ın, “Neftçi” isə “Zirə”nin qonağı olacaq. Autsayder “Karvan-Yevlax” “Şamaxı”nı, “Kəpəz” “İmişli”ni qəbul edəcək.

Turun mərkəzi görüşündə lider “Sabah” “Qarabağ”la üz-üzə gələcək. Tura “Sumqayıt” – “Qəbələ” matçıyla yekun vurulacaq.

17 aprel, 17:00 Araz-Naxçıvan – Turan Tovuz
Turun açılış oyunu Sumqayıtda, “SOCAR Palymer Arena”da olacaq. “Liv Bona Dea Arena”nın təmirə bağlanması səbəbindən ev oyunları müvəqqəti burda keçirəcək “Araz-Naxçıvan”ın rəqibi “Turan Tovuz” olacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Naxçıvan təmsilçisinin şansları riyazi olaraq qalır. Bu turda qazanılacaq qələbə və “Zirə” – “Neftçi” matçının heç-heçə bitməsi komanda üçün fürsət ola bilər. Ötən tur “Sumqayıt”ı məğlub edən “Turan Tovuz” isə ikinci pilləyə “göz dikib”. “Qarabağ”la arada 4 xallıq fərq var. “Atlılar”ın qarşıda “Sabah” və “Neftçi” ilə ardıcıl duelləri olacaq və tovuzlular bu vəziyyəti lehinə çevirmək niyyətindədir.

17 aprel, 19:00 Zirə – Neftçi
Turun maraqla gözlənilən qarşılaşmalarından biri Zirədə baş tutacaq. Ardıcıl 4 qələbə qazanan və avrokubok zonasına yaxınlaşan “Neftçi” burda dördüncü pillənin sahibi “Zirə”nin qonağı olacaq. Tərəflər arasında xal fərqi minimumdur. Son oyunlarda yaxşı formada olan “Neftçi” rəqibindən bir addım öndə görünür. Lakin “Zirə” çempionatda intizamlı oyunu və etibarlı müdafiəsi ilə seçilən komandalardandır. Rəşad Sadıqovun yetirmələri rəqibini öz meydançasında qəbul edib, sürətli əks-hücumlarla şanslarını yoxlayacaq. Əks halda, “Neftçi”yə qarşı açıq oyun komanda üçün baha başa gələ bilər.

18 aprel, 15:30 Karvan-Yevlax – Şamaxı
Mövsümdə ikinci qələbəsini ötən oyunda qazanan Yevlax təmsilçisində elitada qalmaq adına ümidlər yenidən cücərib. Düzdür, 11-ci pillədəki “Qəbələ” ilə xal fərqi 8-dir və qarşıda 6 oyunda bunun qapanacağı inandırıcı görünmür. Lakin sonda ölən ümidlərdir və autsayder hər şansdan maksimum yararlanmağa çalışacaq. “Şamaxı” isə son iki oyunda ardıcıl “Zirə” və “Qarabağ”dan xal qoparmağı bacarıb. Ayxan Abbasovun yetirmələri liqada yerini möhkəmləndirib və sona kimi daha üst sıralara çıxmaq niyyətindədir. Mütəxəssis yayda klubdan ayrılacaq və vidanı pozitiv notlarla etmək arzusundadır.

18 aprel, 19:00 Qarabağ – Sabah
Turun, bəlkə də, mövsümün ən vacib görüşü Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Lider “Sabah” səfərə 10 xallıq üstünlüklə yollanacaq. “Bayquşlar” üçün heç-heçə də sərfəli nəticədir. Komanda müqayisə aparanda daha rahat tərəfdir. Məğlubiyyət belə fərqi 7-yə endirəcək və yenə hər şey “Sabah”ın özündən asılı olacaq. Tərəflər arasında bu arenada baş tutan son oyun kubok matçına təsadüf edib və qollu bərabərlik qeydə alınıb. Ümumiyyətlə, “Qarabağ”ın “Sabah”a qarşı ev sahibi olduğu son iki matçda 10 qol vurulub və qalib müəyyənləşməyib – 2:2, 3:3. Görüş “Qarabağ” üçün həlledici olacaq. Son illərin dəyişməz çempionu taxtından salınıb və yenidən qalxmaq çətin görünür. Lakin “Sabah” üzərində inamlı qələbə komandanı motivasiyalandıra, rəqibi ruhdan sala bilər. Bu baxımdan “Qarabağ” hər şansını istifadə etməyə çalışacaq.

19 aprel, 15:30 Kəpəz – İmişli
“Qarabağ” qələbəsindən sonra ardıcıl iki məğlubiyyət yaşayan “Kəpəz” azarkeşlərini sevindirməyə çalışacaq. Gəncə təmsilçisi sonuncu pillədən 10 xal öndədir. 11-ci sıradakı “Qəbələ”ni isə iki xal üstələyən “sarı-göylər” bu turda qalib gəlməklə pley-off təhlükəsini müvəqqəti də olsa uzaqlaşdırmaq niyyətindədir. “İmişli”nin isə aktivində 26 xal var. Ötən tur “Qəbələ” ilə oyunda vacib qələbə qazanan bölgə təmsilçisi liqadakı yerini böyük ölçüdə təmin edib. Jorj Kaşkilyanın yetirmələri “Kəpəz”i də məğlub edəcəyi halda, sonuncu olmayacağı dəqiqləşəcək.

19 aprel, 19:00 Sumqayıt – Qəbələ
“Sumqayıt”da işlər yolunda getmir. Sıralanan xal itkiləri komanda haqda ancaq neqativ fikirlər yaradır. Birinci dövrədə “üçlük”də yer alan, qışdan sonra ciddi eniş yaşayan “kimyaçılar” 12 oyundur, qələbə qazana bilmir. Ötən turda “Turan Tovuz”la matçın (1:2) ikinci hissəsində əvvəlki matçlara nəzərən daha yaxşı təsir bağışlayan “gənclik şəhəri” təmsilçisi qələbəsizlik seriyasını bitirməyi arzulayır. “Sumqayıt” azarkeşləri önündə oynayacaq və “12-ci adamın” dəstəyi komanda üçün əlavə güc rolunu alacaq. “Qəbələ” isə pley-off zonasından qurtulmağın yollarını axtarır. Rəqibləri “Kəpəz” və “İmişli” bu tur bir-biri ilə qarşılaşacaq və görüş “qırmızı-qaralar” üçün əlavə şansdır. “Sumqayıt” səfərində qazanılacaq qələbə komandanı 10-cu sıraya yüksəldə bilər. Bununçünsə “Kəpəz” məğlub olmalıdır. Gəncəlilərin oyunu daha tez olacaq və xal itkisi “Qəbələ”yə qələbə üçün əlavə stimul verəcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 Aprel 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri