Icma.az
close
up
RU
Zirədə paytaxt derbisi: “Neftçi” axtardığını tapacaqmı?

Zirədə paytaxt derbisi: “Neftçi” axtardığını tapacaqmı?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli premyer-liqasında 7-ci tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, üç gün ərzində keçiriləcək matçlardan ilk ikisinə məhz həmin gün şahidlik edəcəyik. Qarşılaşmalar “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 7-ci tur
3 oktyabr
Araz-Naxçıvan – İmişli

“Araz-Naxçıvan” bu rəqiblə qarşılaşmayıb.
Cəzalı: Fereyra Vieqas Rafael (İmişli).
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Liv Bona Dea Arena”. Saat 17.00.
Son iki turda xal itkisiylə üzləşən “Araz-Naxçıvan” hələ yuxarı pillələrdəki mövqeyini qorumağı bacarıb. Təbii ki, burda həm komandanın ilk matçlardakı uğurlarının rol var, həm də əsas rəqiblərin də eyni aqibəti yaşamasının. Ancaq hadisələrin axarının gərginliyin artmasıyla müşayiət olunduğunu nəzərə alsaq, belə məqamlara arxalanmaq olmaz. Muxtar Respublika təmsilçisi ən qısa zamanda özünə gəlməlidi. Elmar Baxşıyev komandasının “Qarabağ”a böyük hesabla uduzduqları matçın təsiri altında olmadığını desə də, futbolçuların “Şamaxı”ya qarşı oyunda göstərdikləri performans baş məşqçinin sözlərini təsdiqləmədi. Bu ərəfədə rəqibin debütant olduğunu düşünüb hansısa boşluqlara ciddi yanaşmamaq növbəti uğursuzluqla nəticələnə bilər.
Hər halda, “İmişli” hələ rəqib tanımır! “Pələnglər” “Zirə”dən də xal almaqla məğlub olmağı xoşlamadıqlarını sübut etdilər. Odu ki, Mərdəkanda təkcə iddialı meydan sahibləriylə debutant qonaqların yox, həm də bir-birindən çəkinməyən, baxımlı və cəsarətli oyun göstərməkdə maraqlı olan komandaların duelinə şahidlik edəcəyik.
Zirə - Neftçi
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 19:+11=3-5, 22:15.
2015/16 – 2:0, 3:0; 2016/17 – 2:0, *; 2017/18 – 1:0, 0:3; 2018/19 – 1:2, 0:0; 2019/20 – 1:0; 2020/21 – 1:0, 1:0; 2021/22 – 1:2, 1:0; 2022/23 – 0:3, 1:1; 2023/24 - 1:1, 3:1; 2024/25 – 2:0, 1:2.
* texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.30.
“İmişli”nin meydanında büdrəyən “Zirə”nin liderliyinə “Kəpəz”i darmadağın edən “Turan Tovuz” da şərik oldu. Əlbəttə, növbəti xal itkiləri komandanın mövqeyinə mənfi təsir göstərə bilər və Rəşad Sadıqov bunun fərqindədi. Deməli, meydan sahibi qismində döyüşə atılmalı olan “qartallar” rəqibinə aman verməməlidi. Bəlkə paytaxt derbisində qazanılacaq qələbə debütantla bacarmayan komandanın azarkeşlərin ürəyinə su səpər...
Onda bəs “Neftçi” tərəfdarları nə etsin? Hələ cəmi bir qələbə qazanan “ağ-qaralar”ın mövsümü yuxarı pillələrdə başa vuracağına inananların sayı gündən-gündə azalır. Azı ona görə ki, əksər azarkeşlər “Sumqayıt” üzərində qazanılan qələbənin növbəti oyunlar üçün “yanacaq” olacağını proqnozlaşdırırdı. Ancaq bakılılar “doğma divarlar” arasında “Karvan-Yevlax”la heç-heçə etməklə həmin ümidləri də dəfn etdi. Təbii ki, “Zirə” rəqibin durumundan faydalanmağa çalışacaq. “Ağ-qaralar”a isə ancaq qələbə yardım edə bilər. Daha bir xal itkisinin nələrlə nəticələnəcəyini təxmin etmək çətin deyil. Əlbəttə, səbr kasası normadan böyük deyilsə...
Bu komandalar indiyə qədər 38 dəfə qarşılaşıb. Bunların 15-də “qartallar”, 14-də “ağ-qaralar” qalib gəlib, 9-da “sülh” qeydə alınıb. Topların nisbətində “Neftçi” öndədi – 44:41.
Bu komandaların dueliylə bağlı maraqlı məqam
// “Zirə” son 5 oyunu qolsuz tərk etməyib. Son 3 matçda üç və ya daha çox top vurulub.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri