Icma.az
close
up
RU
“Zirə”ni qalan klublardan fərqləndirmirəm Rəşad Sadıqov

“Zirə”ni qalan klublardan fərqləndirmirəm Rəşad Sadıqov

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Zirə” Misli premyer-liqasının 32-ci turunda “Kəpəz”i məğlub etdi- 0:1.

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov görüş haqda fikirlərini bildirib.
- Gözlədiyimiz kimi, oyun çətin keçdi. Nəzərə alsaq ki, rəqib qış fasiləsindəm sonra evdə keçirdiyi oyunlarında heç birində məğlub olmamışdı. Onların hər xal üçün mübarizə aparacağını bilirdik. Oyuna yaxşı başladıq. Qapçının etibarlı çıxışları var idi. Rəqib bizə çox da rahatlıq yaratmırdı. Futbolçular ikinci hissənin əvvəlində sürəti artırdı. Qoldan sonra rəqib riskli oynamağa başladı. Yaxşı əks-hücumlarımız oldu. Növbəti qolu vursaydıq, rahat olardıq. Futbolçular istəkli idilər. Meydandan qalib ayrıldıq. Qarşıdakı oyunlara yaxşı hazırlaşmalıyıq ki, qələbə qazana bilək.
- “Zirə” Avropa, yoxsa Konfrans Liqasında çıxış etmək istəyir?
- Üç komandanın şansı qalıb. Sona 5 tur qalmış avrokubokları təmin etdik. Qarşıda bizi 4 oyun gözləyir. İmkan varsa, 2-ci yeri tutaq. Sona qədər bunun mübarizəsini aparmaq istəyirik. Biz də sona qədər diqqətimizi itirməməliyik.
- Uzunillərdi premyer-liqada “Qarabağ” və digərləri mifi yaranmışdı..
- Açığı bu barədə düşünməmişəm. Son illərdə “Qarabağ”ın dominanatlığı var. Böyük xal fərqi ilə çempion olub. Komandalar arasınsa ciddi fərq yoxdu. Kimdəsə uğursuz alına bilər. “Zirə”ni qalan klublardan fərqləndirmirəm.
- Azərbaycan sizin və Qurban Qurbanovun sayəsində dünyada ən uzun müddətli məşqçilərə malik çempionatlar siyahısında birinci yerdə gedir. Niyə başqa klublarımız baş məşqçilərə güvənmirlər? Halbuki siz Azərbaycanda ən çox inkişaf edən sahənin baş məşqçilər olduğunu demişdiz…
- Əslində faiz nisbəti olaraq klublarımız yerli məşqçilərə güvənir. Yerli məşqçilərin gördüyü işlə fəxr edirəm. Hamını bir-bir sıralaya bilərəm. Göstərdikləri nəticələr qürurvericidi.
- Klub büdcə olaraq böyüyəcəkmi?
- Klublarımız avrokuboklarda 1 tur keçəndə uğur sayır. İlk mərhələdə ciddi rəqiblər düşür. Reytinqimizi gücləndirməliyik. Hələki ona nail ola bilmirik. Keçən il 4 xal toplamışdıq. Avrokubokda uğur qazanmaq asan deyil. Bu il daha yaxşısını istəyəcəyik. Daha irəli getmək istəyirik. Klubumuzun bizə yaratdığı şəraitdən məmnunuq. Heyəti qoruyub-saxlamaq önəmlidi. Bu işlərə başlayacayıq. Bu yöndə də işimizi aparacayıq.
- Qurban Qurbanov deyir ki, böyümək üçün ciddi rəqiblərlə oynamaq lazımdı…
- Keçən il kim bizdən kombinasiyalı oynayırdı? Biz “Qarabağ” deyilik. Onlar kimi olmaq üçün, böyük vaxt lazımdı. Hamı nəticə qazanmaq istəyir. Bu məsələnin üzərində çox dayanmaq istəmirəm. Kənar olmaq istəyirəm. Mənim üçün “Qarabağ” məktəbdi. İnşallah bir gün bizdə o səviyəyə gələrik.
- Yerli bazardan neçə futbolçu var ki, götürmək istəyirsiniz?
- Çempionatda çox yaxşı futbolçular var. Xarici bazarda da keyfiyyətli futbolçular mövcuddu. Əvvəlki kimi Azərbaycana futbolçu gətirmək asan deyil. İmkanlarımızı aşa bilmərik.
- “Kəpəz”də bəyəndiyiniz futbolçular var?
- Bəyəndiyin futbolçular var. Keçən il Papunaşvilini bəyənmişdik. Onu gec transfer etdik. Elçin Əlicanovun müqaviləsi bitmişdi, biz onu heyətə cəlb etdik. Marağımızda olan futbolçular var.
- Ötən mövsüm “Zirə” üçün “qara zolaq” var idi. “Qarabağ”dan sonra ən sabit çıxış edən sizsiz. Avrokuboklara hazırlıq baxımdan keçən illə bu ili müqayisə etsək, hansı daha güclüdü?
- Aparacağımız seleksiyadan asılı olacaq. Heyəti qorumaq lazımdı. Bu ildə uğursuz qrafikimiz oldu. Qış fasiləsindən sonra uğurlu seriyamız alındı. Uğursuz çıxışdan sonra 2-ci yerə yüksəlmək də asan deyildi.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Aprel 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri