Icma.az
close
up
RU
“Zirə”nin 4 cü, Rəşad Sadıqovun 3 cü mükafatı

“Zirə”nin 4 cü, Rəşad Sadıqovun 3 cü mükafatı

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının daha bir mükafatçısı bəlli olub.

İdman.biz xəbər verir ki, “Zirə” ilk “üçlük”də yerini təmin edərək avrokuboklara da vəsiqə qazanıb.

Sağ olsun “Şamaxı”
“Zirə”nin buna XXXII turda Tovuzda keçiriləcək oyunlardan birində nail ola biləcəyi öncədən (https://www.idman.biz/az/news/football/74090) bəlli idi. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “Kəpəz”lə bugünkü matça çıxmadan mükafata sahib çıxıb. Buna 4-cü pillədəki “Turan Tovuz”un xal itirməsi səbəb olub. “Şamaxı” səfərdəki 1:1 hesablı heç-heçə ilə “Zirə”yə medal və Avropaya bilet qazandırıb. 61 xalı olan qəsəbə klubu 4-cü yerdən 12 xal uzaqlıqdadır. Sona 4 tur qalmış “Turan Tovuz” xallara görə “Zirə”yə çatmaq imkanını qorusa da, əlavə göstəricilərdə bakılılar öndə olacaq.

4-cü medal
“Zirə” tarixində 4-cü dəfə Premyer Liqanın medalını qazanıb. 2015/16 və 2023/24 mövsümlərində gümüşə sahib çıxan paytaxt təmsilçisi 2021/22 mövsümündə bürünclə kifayətlənib. “Qartallar”ın hazırda hətta qızıla nəzəri şansları qalıb. Amma bu ehtimal yəqin ki, bu turda bitəcək. Gümüşlə bürünc arasında qalacaq komandanın növbəti turlarda ikinciliyi təmin etməsi gözləniləndir.

Sadıqovdan het-trik
“Zirə” 4 mükafatdan üçünü Rəşad Sadıqovla qazanıb. 2021/22 mövsümündə ilk bürüncünə, ötən çempionat gümüşə qovuşan gənc mütəxəssis 2020-ci ilin yayından çalışdığı komandanı 3-cü dəfə “üçlüy”ə qaldırıb.

4-cü Avropa səfəri
4-cü mükafat avrokuboklara 4-cü vəsiqə olub. Düzdür, 2015/16 mövsümündəki gümüş lisenziya almaq və UEFA turnirinə qatılmağa yetərli ola bilməyib. Əvəzində 2017/18 mövsümündə debüt getçəkləşib. Avropa Liqasındakı debütdən 5 il sonra komanda Konfrans Liqası həyəcanı da yaşayıb. 3-cü – ötən ildəki cəhd Avropa Liqasında başlayıb və Konfrans Liqasına qədər davam edir. Çempionlar Liqası xəyalı möcüzə olan “Zirə”nin digər iki turnirdən hansına gedəcəyi kubokun mayın 31-dəki finalından asılı olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Zirə” matçı Tovuzda baş tutacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri