“Zirə”nin fransalı futbolçusu: “Azərbaycan millisi Parisdəki matçda da pis təsir bağışlamadı”
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Zirə"nin fransalı futbolçusu Brahim Konate Sport24.az saytına açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa matçı ilə bağlı fikirlərini bölüşüb.
Fransanın U-20 yığmasında altı matçda meydana çıxmış oyunçu qarşılaşmanı izləyəcəyini söyləyib:
"Düşünürəm ki, maraqlı oyuna şahidlik edəcəyik. Baxmayaraq ki, Fransa final mərhələsinə vəsiqəni artıq təmin edib. Heyətdə yetəri qədər yaxşı futbolçuları var. Məncə, Parisdəki ilk qarşılaşmada da Azərbaycan millisi pis təsir bağışlamadı. Hətta yaxşı mübarizə də apardı".
Qeyd edək ki, noyabrın 16-da Respublika stadionunda keçiriləcək Azərbaycan - Fransa görüşü saat 21:00-da başlayacaq
Bu mövzuda digər xəbərlər:“Zirə”nin futbolçusu Azərbaycan millisində oynamaq İSTƏMİR
09 Sentyabr 2025 13:43
Zirə nin iki futbolçusu Qarabağ la matçda iştirak etməyəcək
06 Aprel 2025 14:31
“Zirə”nin futbolçusu darmadağını başlatdı
26 Mart 2025 10:02
“Zirə”nin futbolçusu “Lokomotiv” yolunda
14 Mart 2025 08:52
Zirə nin futbolçusu əməliyyat olundu
23 Avqust 2025 21:00
Baxış sayı:39
Bu xəbər 15 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















