“Zirə”nin gənc futbolçusu Avropa yolunda
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Zirə”nin əvəzedici komandasının futbolçusu İslam Nəcəfliyə Avropadan maraq var.
“Football-plus.az”a daxil olan məlumata görə “qartallar”ın dayaq yarımmüdafiəçisini Avropanın aşağı liqa komandaları heyətinə qatmaq niyyətindədi. Belçika 2-ci liqasının ortabablarından olan “Lütix”, Niderlandın 2-ci liqasında çıxış edən “Eyndhoven” 20 yaşlı futbolçunu transfer etmək fikrinə düşüb. Son oyunlarda qol və məhsuldar ötürmələr ilə diqqəti cəlb edən Nəcəfliyə ən real təklif isə birvaxtlar Dmitri Nazarovun da formasını geydiyi 3-cü bundesliqa təmsilçisi “Ertsgebirge”dəndi.
Əsas komanda ilə də məşqlərə qatılan gənc futbolçuya 1-ci liqadan və digər əvəzedici komandalardan da təklif var.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Aprel 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















